Mayın 1-də pandemiya ilə vidalaşacağıq?
22.04.2022 [10:32]
MİKAYIL
Tibbi maska qadağası mayda ləğv ediləcək?
Dünyanın bir sıra ölkələrində koronavirus infeksiyasına görə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılır. Koronavirus pandemiyası ləğv edilir və qadağalar yumşaldılır. ÜST-dən bildirilib ki, koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər. Yoluxma hallarının sayının azalması və vaksin olunanların sayının artması səbəbindən əksər ölkələr COVID-19 tədbirlərini tamamilə ləğv edib.
Azərbaycan niyə gözləyir?
Məsələn, ABŞ məhkəməsi ictimai nəqliyyatda maska taxmaq tələbini ləğv edib. Artıq ABŞ-ın bəzi aviakompaniyaları uçuş zamanı maska taxmaq tələbindən imtina etdiklərini açıqlayıb. Bütün daxili və bəzi beynəlxalq aviareyslərdə tibbi maska taxmaq tələb olunmur. Seçim sərnişinlərə buraxılıb.
Sloveniyada da tibbi maskadan istifadə rejimi ləğv edilib. Bu barədə Sloveniya hökuməti qərar qəbul edib. Qərara əsasən, bu gündən tibbi müəssisələr istisna olmaqla, ictimai yerlərin əksəriyyətində qoruyucu maskadan istifadə tələbi ləğv olunub.
Eləcə də, Çexiyanın bütün ərazisində ictimai nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi aprelin 14-dən etibarən ləğv edilib.
Məlum olduğu kimi, Azərbaycanda açıq havada maska taxmaq qadağası 2021-ci il mayın 31-dən götürülüb. Qapalı məkanlarda maska qadağası isə davam edir. Görəsən, ölkəmizdə tibbi maska və COVID pasportu ilə bağlı qoyulan tələb nə zaman aradan qaldırılacaq?
TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda tibbi maska qadağasının ləğvi gözlənilir, Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağı ??? bağlı tarix dəqiq deyil.
V.Qurbanov vurğulayıb ki, TƏBİB məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər təqdim edib. Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.
Mütəxəssislərin fikrincə, yoluxma sayında azlıq və vaksin vurduranların sayında artım olduğu üçün Azərbaycan tibbi maska tələbini çoxdan ləğv etməli idi. Digər ölkələrlə müqayisədə hələ gecikmişik.
Maskaların xeyrindən çox olan ziyanı...
Pandemiyadan əvvəl yalnız səhiyyə işçiləri tərəfindən istifadə edilən tibbi maskalar, COVID-19 ilə mübarizədə əsas qoruyucu vasitələrimizdən biri idi. İctimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə, iş yerlərində istifadə etdiyimiz, bəzən 12 saat ərzində üzümüzdən çıxarmadığımız və yaxud çıxara bilmədiyimiz maskalar bir müddət sonra mənfi nəticələrə gətirib çıxara bilər.
Həkim-infeksionist Təhminə Verdiyeva deyir ki, tibbi maskaların uzun müddət istifadə edilməsi bir çox insanda burun tutulması və nəfəs darlığı şikayətlərini artırır: “Bir ildən artıqdır ki, tibbi maskanın zərərləri ilə bağlı araşdırmalar dərc olunur. Cərrahi maskaların, N95 maskalarının və ya parça maskaların uzun müddət istifadəsi burun tıxanıqlığı, boğaz ağrısı, ağız ətrafında tərləmə və nəfəs darlığı kimi yan təsirlər meydana gətirir. Havaların isinməsi ilə bərabər maskanın daxilindəki temperatur da artır. Bu, qan damarlarının genişlənməsinə, burundakı toxumaların şişməsinə səbəb ola bilər. Havanın temperaturu tənəffüs buxarı ilə birləşdikdə temperatur daha da yüksəlir. Maskanın içərisində temperatur yüksəldikcə nəfəs almaq çətinləşir”.
Göründüyü kimi, artıq qoruyucu maskalarla bağlı mif çoxdan dağılıb. Ümumi rəyə görə, yoluxma sayı azalıb, kollektiv immunitet formalaşıb. Nəticədə pandemiya sona çatır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

