30 il əvvəl...
07.04.2022 [10:08]
Bir məktubun izi ilə-Haray salan sətirlər
İ.Rəsulova
Bir ümid boylanar yollara hər gün,
Doğar günəş kimi, batar ay kimi,
Bir nakam yalvarar, hıçqırar, susar
Dumanda cavabsız, tək haray kimi
2 gündür o məktubu oxuyandan beynimdə yalnız bu misralar səslənir. “Mən yaşamaq istəyirəm, məni qurtarın” deyib haray salan, lakin köməyinə kimsənin getmədiyi o əsir gənc çıxmır yuxularımdan.
“Salam ata, mama, bu məktubu yazan Laçındır, sağ-salamatam, Füzulidəyəm, qurban olum, gəlin məni qutarın, mən yaşamaq istəyirəm, qurban olum, mama, məni tez dəyişin, yaşamaq istəyirəm”.
Bu məktub 30 il öncə, Qubanın II Nügədi kəndində yaşamış və I Qarabağ müharibəsində ermənilərə əsir düşmüş Novruzov Laçın Əhməd oğlu tərəfindən yazılıb.
Laçın 1973-cü il aprelin 27 Qubanın İkinci Nügədi kəndində sadə bir ailədə dünyaya göz açıb. Ailədə 3 qardaş, bir bacı olublar. 1991-ci ildə Ukraynada əsgərlikdə olan Laçın Qarabağda müharibə getdiyini bilərkən hərbi hissədən evə yox, birbaşa döyüş bölgəsinə yollanıb, Füzulidə, Hadrutda vuruşub. Füzulinin işğalından sonra ermənilər tərəfindən əsir alınıb. Ailə ondan aldığı məktublar vasitəsilə sağ olduğunu bilsə də, sonralar heç bir xəbər tuta bilməyib.
Laçın barədə onun kiçik qardaşı Elçinlə danışırıq.
“Laçını çox az xatırlayıram. O, cəbhəyə gedəndə mən birinci sinifdə oxuyurdum. Yadıma gəlir ki, budundan güllə yarası aldığına görə bir ara evə buraxmışdılar onu. Sonra yenə döyüşə qayıtdı. Əsir düşdüyünü biləndə atamız çox yerlərə baş vurdu onu axtarmaq üçün. Qırmızı Xaçdan tez-tez gəlirdilər bizə. Hər dəfə onun əlamətlərini soruşurdular. Boyu-buxunu necəydi, xalı varmı və s. Ümidlənirdik, amma o tapılmırdı. Deyirdilər yeri dəyişdirilib, tapa bilmirlər. Bu məktubları bizə Qırmızı Xaç çatdırıb. Bakıda qohumlarımız var idi. Onlara da yazmışdı. Yəqin düşünüb ki, kənd yeridir, məktublar birdən gəlib bura çatmaz. Deyilənə görə, Fərrux dağında I Qarabağ müharibəsində həlak olmuş əsgərlərin cəsədlərinin qalıqları tapılanda orada da, Laçının məktubu olub. Amma dəqiqdirmi, bilmirik. İllər sonra ona şəhid statusu verildi, amma yenə də gözümüz yoldaydı. Anam Rəna illərlə yol gözlədi. II Qarabağ müharibəsi başlayanda televizorun qabağından çəkilmirdi. Deyirdi, birdən əsirlikdə olanları göstərərlər, nəsə xəbər çıxar. Amma heç bir xəbər çıxmadı. Atam “Laçın” deyə-deyə köçdü dünyadan. Anamsa xəstədir. Son günlər sosial şəbəkələrdə Laçının məktublarının şəkli yayılır. Heç nə demirik ona. Boşuna ümidlənib, yenidən üzülməsin deyə”.
Əsir düşmüş bir azərbaycanlının hayqırışıdır bu məktublar. 1992-ci ildə yazılmış bu məktub bir ailənin canına od salıb, dinclikləri ərşə çəkilib. Naçar-naçar baş vurmadıqları instansiya, döymədikləri qapı qalmayıb. Amma çarə tapa bilməyiblər. 2 il sonra eyni məzmunda, başqa bir ünvandan daha bir məktub göndərib. Kömək istəyib Laçın. İkinci məktub 1994-cü il martın 24-də Xocavəndin Edili kəndində əsirlikdə olarkən yazılıb. Bir gün sonra Qırmızı Xaça təqdim edilib. Məktub elə həmin vaxt Laçının ailəsinə çatdırılıb. Ailəyə Laçının əsirlikdə öldüyünü deyənlər də olub. Amma hamı bir-birinə qulaqdan-qulağa çatmış xəbərlər verib. 90-cı illərin ən qarmaqarışıq günlərindən keçib Laçının taleyi, ömrü itib-batıb o qaranlıq günlərdə.
İtkin kimi qeydə alınan Laçına şəhid statusu verilib. Atası həyatdan köçüb, anası Rəna xanım isə xəstədir deyə onun yanında Laçının adını çəkib köhnə yaralarını tərpətmək istəmirlər.
Bəs əgər o sağdırsa və hələ də yol gözləyirsə? Ailəsinə onun 1993-cü ildə öldüyü deyilsə də, Laçının son məktubu 1994-cü ilin aprelində gəlib. Laçın kimi haqqında “itkin” hökmü verilmiş naməlum taleli yüzlərlə soydaşımız var. Və nə qədər ki, bu məchul taleli insanlar var, nə qədər ki, narahat ruhlar bizi səsləyir, bu savaş bitməyib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

