Müalicəni təbiətdə axtar
16.03.2022 [10:16]
Yazın soyuqdəyməsindən və qripindən necə qorunaq?
MÜŞFİQƏ
“Min dərdin min bir dərmanı var” deyiblər. Respublikamız zəngin və rəngarəng bitki sərvətinə malikdir. Belə ki, Azərbaycanda dörd mindən artıq çiçəkli bitki növü yetişir. Onların əksəriyyəti müalicə əhəmiyyətlidir. Dərmanlarda olduğu kimi, bitkilərdə də ölçü, yan və əlavə təsirlər mövcuddur. Ona görə də həmin məqamlara diqqət yetirilməli və xəstəliyə uyğun bitkilər seçilməli, onlardan düzgün istifadə edilməlidir.
Ev şəraitində soyuqdəymənin müalicəsində ən səmərəli üsullardan biri preparat, məlhəm və məcun deyil, bol isti maye qəbul edilməsidir. Çay və ya dəmləmənin çox içilməsi toksinləri orqanizmdən sürətlə xaric edir. Qəbul edilən maye vitaminlərlə zəngin olanda müalicə daha yaxşı səmərə verir. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı bi?kilərdən dəmlənilmiş çayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi problemlərin aradan qalxmasına yardım edir.
Həkim-fitoterapevt İlahə Əliyeva soyuqdəymə çaylarından bir neçəsinin hazırlanma qaydası haqqında məlumat verib. Onun sözlərinə görə, ən yaxşı üsullardan biri ballı-limonlu çaydır: “Hazırlanma qaydası çox sadədir, dəmləməyə bir az limon şirəsi və 1 çay qaşığı bal əlavə edilməsi onu C vitamini ilə zənginləşdirir, mikrob və iltihab əleyhinə təsir göstərir. Diqqət edin ki, limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çaya əlavə olunmalıdır. Zəncəfilli-limonlu çay da soyuqdəymə zamanı çox yaxşı fayda verir. Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 xörək qaşığı limon şirəsi və bal, bir çimdik darçın qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə edilir. Onun qəbulu orqanizmi isidir, tərlədir və mikroblarla mübarizəyə kömək edir”.
Həkim-fitoterapevtin dediyinə görə, xəstəliklərin müalicəsində köməkçi vasitə olaraq istifadə edilən bitki çaylardan biri də çobanyastığıdır. Çobanyastığı xırıltılı səs və öskürək zamanı tənəffüs yollarını sakitləşdirən iltihab əleyhinə təsirə malik yağ ehtiva edir.
Demək olar ki, bütün xəstəliklərə qarşı istifadə olunması faydalıdır.
Soyuqdəymə xəstəlikləri zamanı kəklikotu çayı virusəleyhinə təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir: “Kəklikotu soyuqdəymə üçün ən məşhur dərman bitkilərindən biridir. Kəklikotu ilə çay və ya buxarın qəbulu boğaz ağrısı üçün faydalıdır. Çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar”.
Süfrənin əvəzsiz bitkilərdən biri olan nanənin faydalarını sadalamaqla bitməz. Mütəxəssis deyir ki, nanə çayının buxarı ilə nəfəs almaq burun tıxanıqlığını aradan qaldırır və sinusları açır: “C vitamini ilə zəngin bitkinin dəmlənməsi isə olduqca asandır. Bir çaynik qaynar suya 2-3 çay qaşığı qurudulmuş nanə yarpağı ataraq dəmlənməyə qoyuruq. 10-20 dəq dəmləndikdən sonra əldə etdiyimiz qarışığı süzürük. Çay əvəzinə içə bilərsiniz. Zövqə görə, nanə çayına limon da sıxa bilərsiniz. Şirin olmasını istəyirsinizsə, yarım çay qaşığı bal əlavə etmək kifayətdir”.
Soyuqdəymə və qrip ilə mübarizədə istifadə edilən ən təsirli və mikroböldürücü bitki yarpızdır. Yarpız tərləməni artıraraq qızdırmasalıcı təsir göstərir.
“Zəncəfilli-limonlu çay da soyuqdəymə zamanı çox yaxşı fayda verir. Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 xörək qaşığı limon şirəsi və bal, bir çimdik darçın qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə edilir. Onun qəbulu orqanizmi isidir, tərlədir və mikroblarla mübarizəyə kömək edir. Rəndələnmiş təzə zəncəfili bir stəkan suya tökün və qaynadın. Zəncəfili çox qaynatmayın, yoxsa dadı acılaşar. Bu səbəbdən qaynamağa başlar-başlamaz odun üzərindən götürün və dəmlənməsi üçün 5 dəqiqə gözləyin. Süzgəcdən süzüb üzərinə bal ilə limon suyu əlavə edərək için”, - deyə İ.Əliyeva söyləyib.
Qeyd olunub ki, bunlardan başqa itburnu çayı da soyuqdəymə zamanı çox faydalı və təsirli müalicə üsullarından biridir. Belə ki, qurudulmuş itburnu meyvələrini xırdalayın, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmləyin, səhərdən başlayaraq 1 saat fasilə verməklə 1 stəkan için.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

