Epsilon, yoxsa omikron...
23.12.2021 [10:57]
Yunan əlifbası ilə koronavirusun gizli əlaqəsi
Nicat Dilqəmli
Hər şey təzə başlayanda heç birimiz işin bu yerə çatacağını düşünməmişdik. Ümid edirdik ki, cəmi bir neçə aylıq dezinfeksiya və izolyasiya tədbirlərindən sonra virus həyatımızdan çıxıb gedəcək, əvvəlki həyata qaldığımız yerdən davam edəcəyik. Hər kəs özü üçün virusun bitəcəyi ehtimalı və ya ümidi ilə günləri sayırdı. Amma necə deyərlər, sən saydığını say, gör ÜST nə sayır...
Yeni yaranan növlərə verilən adlar məhz Yunan əlifbasında olan hərflərdir. Ekspertlərin fikrincə, yeni növlərin “Britaniya ştammı, hindistan ştammı” adlandırılması yeni növün sadəcə orada yarandığına görə verilir. Bu isə bir o qədər də doğru deyil. Virusun yeni ştammlarına verilən adların Yunan hərfləri olması isə siyasi nöqteyi-nəzərdən yanlışlığa yol verməmək üçündür. İlk baxışda numerologiya elminə görə, həqiqətən də saylar bizə virusun nə vaxt bitəcəyi ilə bağlı nə isə dediyini düşünürük. Numerologiya - rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir. Lakin bir az dərinə getdikcə bəzi məqamlar daha da aydın olur...
Yunan əlifbası klassik, arxaik və xarici hərflər olmaqla üç yerə bölünür. Klassik Yunan əlifbasında cəmi 24 hərf var. Amma və lakin virusun mutasiya olunmuş yeni ştammlarına verilmiş adlara nəzər yetirdikdə adlandırmanın heç də əlifba sırası ilə irəliləmədiyinin şahidi oluruq. Belə ki, bir çoxumuzun bildiyi alfa, beta, qamma, delta hərfləri əlifbanın ilk dörd hərfləridir. Deltadan sonra isə epsilon adlı hərf, yəni bizim bildiyimiz E hərfi gəlir. Omikron isə əlifbanın 15-ci hərfidir. Bəs niyə epsilon yox, məhz omikron? Çünki adlandırma üçün yalnız bəzi hərflər seçilib.
Məlumatlara görə, Omikron ştammının əslində “nyu” və ya “ksi” adlandırılması gözlənilirdi. Bəzi mütəxəssislər hesab edirlər ki, növbəti hərfin “Nyu” olmasına baxmayaraq, yeni ştammın Omikron adlandırılması ingilis dilindəki “New” (yeni) sözü ilə əlaqəli olmasına görədir. Növbəti “ksi” hərfi isə Çində geniş yayılmış soyadı xatırladır.
Necə adlandırılmasından asılı olmayaraq, yeni virusun kifayət qədər təhlükəli olduğu bildirilir. Mütəxəssislər düşünürlər ki, yaxın vaxtda virus dünyamızdan çıxıb getməyəcək. Yunan əlifbasındakı hərflər bitdikdən sonra isə yeni ştammların latın hərfləri ilə adlandırılacağı ehtimal edilir. Yəni virus yaranmağında olsun, qoymağa ad çoxdur.
Elə buna görə də hərf saymaqdan, virusun necə yarandığından əvvəl necə qorunmalı olduğumuzu dərindən araşdırmalı, maksimum diqqətli olmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

