Ələbaxımlıqdan özünüməşğulluğa...
08.12.2021 [11:04]
Mübariz ABDULLAYEV
Azərbaycan dövləti ölkədə yüksək rifah cəmiyyətinin qurulmasını hədəfləyib. Respublikamız BMT tərəfindən bəyan olunan Minilliyin İnkişaf Məqsədlərinə doğru inamla irəliləyir. Təkcə son üç ildə Prezident İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini hədəfləyən 900-dən çox sənədin imzalanması bunu bir daha təsdiqləyir.
Nə qədər ailə sosial yardım proqramı ilə əhatə olunub?
Ölkəmizdə ədalətli resurs bölgüsü aparılır və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi də xüsusi diqqət çəkir. Respublikamızda aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsində ünvanlı sosial yardım proqramı mühüm rola malikdir. Bu proqramın icrasına 2006-cı il yanvarın 1-dən start verilib. Ünvanlı dövlət sosial yardımı yoxsulluğa qarşı mübarizə tədbirləri çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və pul şəklində verilən əsas sosial ödəniş alətidir. Bu ödəniş ölkə üzrə yaşayış minimumu, ehtiyac meyarı, ailənin gəlirləri nəzərə alınmaqla ünvanlılıq, ədalətlilik və bərabərlik prinsipləri əsasında təyin edilir. Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ilə təmin olunurlar.
“Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olan məlumatda bildirilib ki, ünvanlı sosial yardıma müraciətin sadələşdirilməsi üçün müvafiq qanunvericilik son illərdə təkmilləşdirilib: “Ehtiyac meyarının mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılması istiqamətində zəruri addımlar atılır. Ehtiyac meyarının həddi son 15 ildə 5,7 dəfə artırılıb. 2022-ci ilin əvvəlindən isə ehtiyac meyarının 200 manata çatdırılması nəzərdə tutulub”.
Diqqətə çatdırılıb ki, ehtiyac meyarı artdıqca ünvanlı sosial yardımın məbləğinin də artması baş verir. Bu o deməkdir ki, yeni ilin əvvəlindən ehtiyac meyarı 200 manata çatdırılmaqla, aztəminatlı ailələrə yönələn ünvanlı yardımın məbləği də çoxalacaq. Hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği son üç ildə 83% artıb və 275 manata çatıb. Qurumdan təqdim olunan məlumatda oxuyuruq: “2020-ci ildə ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb, aztəminatlı ailələrin proqrama əlçatanlığı artırılıb. Məqsəd budur ki, aztəminatlı ailələr daha rahat şəkildə bu yardımı ala bilsinlər. Hazırda 50 minədək ailə və ya 200 mindən çox şəxs ünvanlı sosial yardımla təmin olunur”.
Passiv tədbirlərdən aktiv tədbirlərə keçid
Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi dövlətin siyasi iradəsinin təsdiqidir. Bununla Azərbaycan dövləti göstərir ki, hər bir vətəndaşın, hər bir ailənin yanındadır. Paralel şəkildə respublikamızda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, beləliklə, gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Ölkəmiz aztəminatlı ailələrin sosial müdafiəsində unikal model təqdim edir. Tendensiya ələbaxımlıqdan özünüməşğulluğadır. Bu, bir sıra nöqteyi-nəzərdən önəmlidir. İlk növbədə, işləyərək pul qazanan və ailəsinin dolanışığını təmin edən insanlar özlərini başqalarından asılı hiss etmirlər.
İndiyədək ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi istiqamətində müvafiq işlər aparılır. Bu o deməkdir ki, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə bu proqram 2021-ci ildə təqribən 15 dəfəyə qədər genişlənib. Proqramın icrasında ünvanlı sosial yardım alanlara üstünlük verilir. Artıq bu qəbildən olan minlərlə ailə proqrama cəlb edilib və onlar üçün kiçik sahibkarlığa çıxış imkanı yaradılıb. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Proqram işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir. Bəhs olunan proqrama əmək qabiliyyətli işsiz şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər müraciət edə bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, proqramın icrası zamanı bir sıra kateqoriyadan olan ailələrə və yaxud şəxslərə üstünlük verilir. Şəhid ailəsinin üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 1 ildən artıq işsiz kimi qeydiyyatda olanlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilənlər bu sırada yer alırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil alan məlumatda, həmçinin proqramın icra mərhələlərinə də aydınlıq gətirilib: “Özünüməşğulluğun təşkili bir sıra mərhələləri əhatə edir. Bunlar sırasında özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi, özünüməşğulluğun təşkili üçün biznes planın hazırlanmasına köməklik göstərilməsi yer alır. Buraya, həmçinin şəxslərə təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə əmlakın bir il müddətinə müqavilə əsasında verilməsi, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bir il ərzində dövri monitorinqi də daxildir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39

