Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
31.07.2021 [09:32]
İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, müsabiqə qalibləri elan edildikdən sonra bu, onlarla keçirilən ilk görüşdür.
“Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bu görüşün Heydər Əliyev Mərkəzində təşkilinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, müsabiqə ölkə həyatı üçün önəmli olacaq idarəçiləri seçir. Bu çətin müsabiqədə qalib gəlmək iştirakçıların böyük potensialından xəbər verir.
Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşmək qürurvericidir.
Müsabiqənin əhəmiyyətindən danışan A.Ələkbərov gələcəkdə Azərbaycanda kadr potensialının yaradılması üçün peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılmasına diqqət çəkib, finala çıxmış 112 nəfərdən 27-nin qalib gəlməsinin çox sevindirici hal olduğunu deyib.
Vurğulanıb ki, Azərbaycan hökuməti təhsilə, gənclərimizin inkişafına, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyat, təhsil, yüksək texnologiya, hərbi sahədə peşəkar kadrların formalaşmasına böyük dəstək göstərir, müvafiq istiqamətdə proqramlar icra edilir. Bu proqramlar ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman dəstəklənib. Prezident İlham Əliyev də bu layihələrə çox böyük önəm verir. Eyni zamanda, Heydər Əliyev Fondu gənclərimizə dəstək olmaq istiqamətində böyük layihələr həyata keçirir.
Qeyd olunub ki, müsabiqə qaliblərinin potensialından gələcəkdə istifadə edilməsi dövlətimizin başçısının və birinci xanımın xüsusi diqqətindədir. Eyni zamanda, dövlətin bu qaliblərdən böyük gözləntiləri var. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsində müvafiq məsələ ilə bağlı müzakirə aparılıb.
Ümummilli lider Heydər Əliyevin vaxtilə gənclərin hərbi sahədə təhsilinə, bu istiqamətdə kadrların yetişməsinə xüsusi önəm verdiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdıran Anar Ələkbərov hazırda bu ərazilərdə genişmiqyaslı layihələrin icrasına başlanıldığını bildirib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə, yaxud ölkəmizin digər bölgələrində müxtəlif proqramların reallaşdırılmasında “Yüksəliş” müsabiqəsinin qaliblərinin potensialından istifadə edilməsi nəzərdə tutulur. Bununla yanaşı, qaliblərin öz təklifləri də nəzərə alınacaq və mühüm təşəbbüslər hər zaman dəstəklənəcək. Həmçinin müsabiqə finalçılarının da potensialından istifadə olunacağı diqqətə çatdırılıb.
Fikir mübadiləsi formatında keçən tədbirdə müsabiqə qalibləri Orxan Zakirov, Orxan Qazı Zadə, Leyla Xəlilova-Rzazadə, Semral Əliyev, Xamis Seyranov görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər.
Çıxışlarda bu müsabiqənin davamlı olmasına dair fikirlər səsləndirilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn və əyani seçim, yarımfinal və finaldan ibarətdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

