Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib
17.06.2021 [09:16]
İyunun 16-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə iki qardaş ölkə gənclərinin Zəfər Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Türkiyə və Azərbaycan prezidentlərinin tarixi Şuşa səfərindən sonra sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunub.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Gənclər Fondu ilə Türkiyə Gənclər Fondu arasında sıx əməkdaşlıq mövcuddur. Məhz bu əməkdaşlığın nəticəsidir ki, ölkələrimiz arasında bu sahədə birgə tədbirlər və layihələr həyata keçirilir: “Əməkdaşlığımız bütün münasibətlərimiz kimi artıq səmimi dostluğa çevrilib. Dünən dövlətlərimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Artıq Azərbaycan və Türkiyə qardaş olmaqla yanaşı, həm də müttəfiq dövlətlərdir. Şübhəsiz, gənclər sahəsində fəaliyyət göstərən hər kəsin üzərinə də böyük məsuliyyət düşür. Belə ki, ortaq marağımızı bütün dünyaya çatdırmalıyıq”.
Fərid Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Zəfərə həsr olunan forumda hər iki ölkənin gənclər təşkilatları ilə yanaşı, Vətən müharibəsi qazilərinin də iştirakı tədbirin əhəmiyyətini daha da artırır. O, Türkiyə ilə daha böyük layihələrin həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu Azərbaycana Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gəldiyini və ölkəmizdə bir çox görüşlər keçirdiklərini vurğulayıb: “Bir çox görüşlərdə iştirak etmişik. Ötən gün Şuşada olduq. Bütün bunlar çox tarixi və unudulmaz günlərdir. Biz Tərtər, Bərdə və Gəncəyə səfər etdiyimiz zaman tezliklə Şuşaya, eyni zamanda, işğaldan azad olunmuş Qarabağa getmək arzularımızı ifadə etmişdik. Arzularımız həyata keçdi. Şuşa Bəyannaməsi ilə Şuşada Türkiyənin baş konsulluğu açılacaq. Azərbaycan üçün çox dəyərli olan Şuşa ümumilikdə türk dünyasının da mədəniyyət paytaxtı olacaq”.
Zəfər Forumunda iştirakdan məmnunluğunu bildirən Enes Eminoğlu forumun əhəmiyyətini xüsusi vurğulayıb.
Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, aparıcı gənclər təşkilatlarının rəhbərləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərdə Türkiyə dövlətinin və xalqının, o cümlədən gənclərinin fəal dəstəyinin və postmünaqişə dövründə əməkdaşlığın əhəmiyyətindən danışıblar. Onlar ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin gənclər sahəsində də müxtəlif layihə və proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Çıxış edənlər Azərbaycan və Türkiyənin daim çətin anlarda bir-birinin yanında olduqlarını vurğulayaraq, xalqımızın Vətən müharibəsindəki Qələbəsinin həm Azərbaycan, həm də Türkiyə gəncləri arasında sonsuz coşqu və qürur hissi ilə qarşılandığını qeyd ediblər.
Forumda qardaş ölkələrimizin gəncləri ikitərəfli münasibətlərin sürətlə inkişaf etdirilməsinə görə dövlət başçılarına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin Azərbaycan və Türkiyə gənclərinin qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda ortaq fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunub.
Dövlətlərimizin başçılarının ötən gün imzaladıqları tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulayıblar. Onlar bəyannamədə də qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gənclərinin bundan sonra da birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
Foruma Əskişəhər və Gəncə şəhərlərindən onlayn qaydada fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin və Nizami Gəncəvinin şeirləri, eləcə də Əməkdar artist Zaur Əmiraslanovun “Çırpınırdın, Qara dəniz” mahnısını ifa etməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Minə yaxın gəncin iştirakı ilə hibrid şəkildə təşkil edilən forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilən “Qarabağ Zəfəri” mövzusunda rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də TÜGVA-nın Türkiyənin 81 vilayətindəki nümayəndəliklərinin təmsilçiləri canlı və ya onlayn şəkildə qatılıblar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

