/ / Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
18.05.2021 [09:29]
Mayın 17-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalist və siyasi şərhçi ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uzun illərdir işğal altında qalan torpaqlarımızı düşmən işğalından azad etməsi hamımızın qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksəkixtisaslı hərbi qulluqçuların hazırlanması, habelə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, idmanda kütləviliyin təmin olunması siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasət sayəsində döyüş meydanında misilsiz Qələbəmiz təmin olundu. Düşmənin döyüş meydanında məğlub edilərək geri oturdulması ilə yanaşı, diplomatik sahədə də uğurlarımız bizi Böyük Qələbəyə qovuşdurdu.
A.Əliyev diqqətə çatdırıb ki, Ermənistan tərəfinin məğlubiyyətə uğrayaraq imzaladığı kapitulyasiya aktı bir neçə rayonumuzun bir güllə belə atılmadan azad olunması ilə nəticələndi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin icrasını özü təmin etdi.
Milli Məclis sədrinin müavini işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi məsələsinə də toxunaraq, qısa müddət ərzində şəhər və rayonlarımızın bərpası üçün görülən işlərdən danışıb. Qeyd edib ki, mədəniyyət paytaxtımız olan Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı şəhərin tarixi kimliyini özünə qaytardı.
Azərbaycan cəmiyyətinin multikultural dəyərlərindən danışan vitse-spiker, ölkəmizdə heç bir zaman dini, etnik ayrı-seçkiliyin olmadığını qeyd edib. Bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi. Adil Əliyev ölkəmizdə yaşayan bütün icmaların müharibədə təmsil olunmasını, habelə ordumuzda bir nəfər də olsa, fərarinin olmamasını iftixarla qeyd edib.
Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar bundan sonra da həm yerli, həm də xarici media orqanlarında haqq səsimizin dünyaya çatdırılmasını, habelə şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərilməsini hər zaman diqqətdə saxlayacaqlarını qeyd ediblər.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

