“Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyasına start verilib
02.04.2021 [08:48]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyalar zamanı ölkənin bütün regionlarında yaz və payız əkin mövsümləri müddətində 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.
Layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Əhalini bu ağacəkmə hərəkatında fəal iştiraka cəlb etmək, təbiətə qayğı göstərilməsini təşviq etmək, əkin prosesinə qoşulmalarını dəstəkləmək məqsədilə layihə təşkilatçıları tərəfindən marafon müddətində bütün könüllü təşəbbüskarlara ağac tinglərinin hədiyyə edilməsi planlaşdırılıb.
Aksiyalar zamanı hər bir regionun torpaq-iqlim şəraitinə uyğun ərik, iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd və şabalıd cinsindən olan ağaclar əkilir.
IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi marafon yaz mövsümünün sonunadək və növbəti payız əkini mövsümü müddətində bütün ölkə ərazisində davam etdiriləcək.
Kütləvi ağac əkini, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin bu ilin noyabrında Qlazqoda təşkil olunacaq 26-cı Zirvə görüşünün əsas öhdəliklərindən olan atmosferdə istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı fəaliyyətlərə dəstək xarakteri daşıyır. Bütün dünyada planetimizin mühafizəsi ilə bağlı mübarizə aparıldığı ərəfədə hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştiraka səsləyir.
Gəlin birləşək və yaşıllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaq!
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

