Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır”

“Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır”

20.03.2021 [09:01]

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, COVID-19-a qarşı vaksinasiya prosesi davam etdirilir.

Həkim-infeksionist Lalə Mirzəyeva qəzetimizə açıqlamasında deyib ki, karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır: “Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin geniş yayılmasının və ağır keçməsinin qarşısını alacaq. Vaksinasiya könüllü xarakter daşısa da, virus əleyhinə peyvənd vurulması vacibdir”.

“Cəmiyyətimizdə bir çox insan virusa yoluxub və sağalıb, onlarda qoruyuculuq yaranıb. Yanaşı olaraq peyvəndləmə prosesi də gedir. Nəzərə almaq lazımdır ki, bu xəstəlikdən yaranmış anticisim bəzən daha qısa müddətdə yox ola bilir. Yəni daimi olaraq qalmır. Təcrübədə təkrar yoluxmalar da qeydə alınır. Ona görə də “xəstəliyi əvvəl keçirmişəm və məndə anticisim var” və ya “peyvənd olunmuşam, arxayın ola bilərəm” kimi fikirləri tamamilə yanlışdır. Həmin şəxslər də hər kəs kimi qorunma qaydalarına əməl etməlidirlər”, - deyə mütəxəssis söyləyib.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31