/ / Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçirilir
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçirilir
09.01.2021 [10:06]
Xəbər verildiyi kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif Şurasının iclasında SOCAR-ın təklifi əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı artırıb: "Statistikaya diqqət yetirsək, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb".
Tarif Şurasının qərarında benzin və dizelin qiymətinin artırılmasının səbəblərinin və gözlənilən nəticələrin öz əksini tapdığını bildirən R.Əliyev vurğulayıb: "Həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Gözlənilən nəticələr sırasında bir mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, bundan da yaranan əlavə vəsait ölkədə sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək. Ümumilikdə, qiymət artımı vətəndaşların ailə büdcəsinə ciddi təsir etməyəcək. Dövlətimiz daim bu tədbirləri həyata keçirərkən insanların sosial rifahını, büdcəsini ön planda saxlayır. Region və dünya dövlətləri ilə müqayisə fonunda Azərbaycanda sözügedən yanacaq məhsullarının qiymətinin xeyli aşağı olması da bunu təsdiq edir".
"Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin və dizel yanacağının qiyməti dəyişsə də, bu qiymət dəyişikliyinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafq tədbirlər görülür. Eyni zamanda tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçirilir. Belə ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb". Bu fikri isə Milli Məclisin deputatı Azər Badamov deyib. A.Badamov bildirib ki, ictimai nəqliyyatda qiymət artımının baş verməməsi üçün ictimai nəqliyyat xidməti göstərən şirkətlərə kompensasiya ödəniləcək: "Kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin artmaması üçün isə həmin sahəyə verilən dövlət subsidiyalarına yenidən baxılacaqdır. Əhalinin aztəminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinətin məbləği 300 manatdan 500 manata, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği isə 1500 manatdan 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir".
"Düşünürəm ki, bu daxili bazarı qorumaq baxımından da düzgün yanaşmadır. 2020-ci ildə dünya bazarlarında benzinin qiyməti 14 faiz artıb. Azərbaycanda isə benzinin qiymətində axırıncı artım 2017-ci ildə, dizel yanacağında 2013-cü ildə olub. Bu baxımdan Tarif Şurasının qərarı başa düşüləndir" deyə, deputat bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20

