/ / Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbəyə həsr olunan kollegiya iclası keçirilib
Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbəyə həsr olunan kollegiya iclası keçirilib
16.12.2020 [09:55]
Dekabrın 15-də Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın şanlı Qələbəsi münasibətilə kollektivi təbrik edib, dövlətimizin başçısının döyüş meydanında və siyasi müstəvidə Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.
Bildirilib ki, ölkəmizin hərbi-siyasi uğuru, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşub, ərazi bütövlüyümüz bərpa edilib. Bu münasibətlə dövlətimizin başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Zəfər paradı ölkəmizin hərbi, iqtisadi qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirib.
Paradda 3000 nəfərdən çox şəxsi heyətin, 150-dək müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayişi böyük maraq və qürur hissi ilə qarşılanıb.
Nazir bu şərəfli dönəmdə dövlətimizin başçısının qəti iradəsi və diplomatik məharəti, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları ilə Ermənistanın təcavüzkar siyasəti və törətdiyi müharibə cinayətləri barədə beynəlxalq ictimaiyyətin hərtərəfli və dolğun məlumatlandırıldığını, düşmənin informasiya məkanında yalan təbliğatının tam ifşa olunduğunu qeyd edib.
Müharibənin artıq arxada qaldığı, azad olunan ərazilərin bərpa olunması ilə bağlı Azərbaycan Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin, o cümlədən Şuşaya və digər azad olmuş ərazilərə yol çəkilişlərinin başlandığını, həmçinin Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən dini abidə və məscidlərimizin bərpası üzrə layihə həyata keçirildiyi bildirilib. Prezidentin və birinci xanımın işğaldan azad edilən torpaqlarımıza səfərlərinin xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təntənəsi olduğu vurğulanıb.
Həmçinin bu ərəfədə əsir və girovların, o cümlədən uzun müddətdir erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasının beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsiplərinə sadiq qalan ölkəmizin növbəti uğuru olduğu bildirilib.
Kollegiyada Vətən müharibəsində Ədliyyə Nazirliyinin fəaliyyəti, əməkdaşların döyüşlərdə, o cümlədən könüllü fədakar xidmətləri, ordumuza, yaralananlara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyin göstərilməsi, xarici dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərilməklə Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatlandırılması, daim yenilənən və interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platformasının ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyəti qeyd olunub.
Azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində nazirlik tərəfindən görülən işlər, habelə yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili üzrə tədbirlər diqqətə çatdırılıb.
Post-konflikt dövründə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunaraq fəaliyyətin Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulması, müvəqqəti xüsusi idarəetməni həyata keçirən komendantlıqlarla əlaqəli fəaliyyətin genişləndirilməsi, törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə təhlillərin aparılması, hüquqi məsuliyyət tədbirlərinin müəyyən edilməsi, bu işə yerli və xarici QHT-lərin cəlb olunması tapşırılıb.
Həmçinin işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyənləşdirilib.
İclasda qeydiyyat məsələlərinə baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54

