Doğma torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir
10.12.2020 [09:27]
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi xalqımızın şanlı Qələbəsi ilə başa çatıb, rəşadətli ordumuz işğalçı erməni qüvvələrini ağır məğlubiyyətə uğradaraq 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımızı azad edib, ərazi bütövlüyümüz bərpa edilib. Rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti və Vətən müharibəsində şanlı zəfərləri dekabrın 10-da keçiriləcək hərbi paradda bütün dünyaya bir daha nümayiş olunacaq.
AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu şərəfli dönəmdə dövlətimizin başçısı dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələrdə qəti iradəsi və diplomatik məharəti ilə Ermənistanı, həmçinin informasiya məkanında iflasa uğradıb, düşmənin yalan təbliğatını tam ifşa edib. Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları beynəlxalq ictimaiyyətin düşmənin təcavüzkar siyasəti və ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri barədə hərtərəfli və dolğun məlumatlandırılmasına xidmət edib.
Dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayiş etdirən ədliyyə işçiləri də bu sahədə məqsədyönlü işlər aparıb, nazirlik tərəfindən xarici dövlətlərin ədliyyə nazirlərinə, tərəfdaş olduğu və ya əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı 400-ə qədər müraciətlər ünvanlayıblar.
Ədliyyə naziri Fikrət Məmmədov dünya prokurorlarının yeganə ittifaqı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) qurumun senatoru və fəxri üzvü olaraq torpaqlarımızın azad olunması ilə bağlı yeni müraciət göndərib.
BPA-nın prezidentinə, baş katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə ünvanlanan müraciətdə uzun illərdir beynəlxalq hüququ kobudcasına pozan, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinin icrasına məhəl qoymayan Ermənistanın aparılan hərbi əməliyyatlarda Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyərək məğlubiyyətlə barışdığı, beynəlxalq hüquq normalarına əməl etməyin qaçılmaz olduğunu anlayaraq işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaq məcburiyyətində qaldığı vurğulanıb.
Bildirilib ki, dövlətimizin başçısı hər zaman sülhün tərəfdarı olaraq, Ermənistanın torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, hərbi əməliyyatları dərhal dayandırıb. Bununla tarixi ədalət qələbə çalaraq torpaqlarımız işğalçılardan təmizlənib, mühüm əhəmiyyət kəsb edən üç rayonun - Ağdam, Kəlbəcər və Laçının siyasi yolla, qan tökülmədən qaytarılmasına nail olunub, xalqımız, o cümlədən məcburi köçkün vəziyyətinə düşmüş 750 minə yaxın soydaşımız dədə-baba yurdlarına qovuşub.
BPA-nın üzvlərinin diqqəti azad olmuş ərazilərimizdə təcavüzkar düşmənin törətdiyi vəhşiliklərə cəlb olunaraq torpaqlarımızın büsbütün viran edildiyi, bütün infrastrukturun darmadağın olunduğu, tarixi, mədəni və dini irsimizin məhv edildiyi, beynəlxalq hüququn qadağan etdiyi digər qanunsuz əməlləri xüsusilə vurğulanıb.
Bununla əlaqədar bölgədə insanların sülh, təhlükəsizlik və firavan qonşuluq şəraitində yaşayışının təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən həmin ərazilərin bərpa olunması ilə bağlı nəhəng quruculuq işlərinə başlanıldığı, o cümlədən artıq Şuşaya və digər azad edilmiş ərazilərə yol çəkilişlərinin həyata keçirildiyi bildirilib, dağıdılmış şəhərlərin, kəndlərin bərpa olunaraq yenidən inkişaf edəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızda böyük coşqu ilə bərpa-quruculuq və abadlıq işlərinə, habelə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlanılması torpaqlarımızın dirçələcəyinə və yenidən orada həyatın tezliklə qaynayacağına qəti əminlik yaradır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42

