/ / Azərbaycan İlahiyyat İnstitutunda akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb
Azərbaycan İlahiyyat İnstitutunda akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb
27.11.2020 [09:18]
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə şərqşünas alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb. “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda konfrans “Zoom” proqramı üzərindən keçirilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Vasim Məmmədəliyevin dünya və Azərbaycan elminə bəxş etdiyi töhfələr və yüksək xidmətləri barədə ətraflı söz açıb. Onun tərcümə etdiyi “Qurani-Kərim”in Azərbaycan dilində mükəmməl tərcümə olduğunu xüsusi vurğulayıb. Rektor mərhum akademikin həyatı və elmi fəaliyyəti barədə geniş məlumat verib. Aİİ-nin yaranmasında onun mühüm xidmətləri olduğu və Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin rolunu xüsusi vurğulayıb.
Onlayn tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə V.Məmmədəliyevlə bağlı xatirələrini danışıb. Vasim Məmmədəliyevlə birlikdə çalışmalarının İslam dininə yeni ruh verdiyini xüsusi vurğulayan Şeyxülislam Aİİ-yə konfransın təşkil edilməsinə görə təşəkkür edib. Pandemiya dövründən sonra akademik Vasim Məmmədəliyevə həsr olunacaq beynəlxalq və yerli konfransların təşkil olunacağını xüsusi qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, özündən sonra böyük irs qoymuş Vasim Məmmədəliyevlə hər ünsiyyətdən sonra onun necə dərin fəhm və zəkaya sahibliyinin şahidi olub. Komitə sədri vurğulayıb ki, akademiklə birlikdə iştirak etdikləri dövlət tədbirləri, konfranslar və başqa tədbirlərdə onun vətənpərvər və azərbaycançılıq ideologiyasının təbliğatçısı olduğu aydın görünürdü. Mübariz Qurbanlı konfrans təşkilatçılarına təşəkkürünü bildirərək, Aİİ-nin Vasim Məmmədəliyevin irsini layiqincə davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxışında V.Məmmədəliyevin mükəmməl ərəb dili mütəxəssisi olduğunu vurğulayıb. O qeyd edib ki, akademik şəriəti bütün təfsilatı ilə izah edə bilirdi. Bunun illərlə akademikin aparıcısı olduğu “Haqqın dərgahı” verilişində də əyani surətdə göründüyünü xüsusilə qeyd edən deputat “Qurani-Kərim”in tərcüməsinin elm aləmi üçün xüsusi önəmi olduğunu vurğulayıb. İlahiyyat İnstitutunun pedaqoji heyətinin məhz onun tələbələri olmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şahin Pənahov akademikin universitetdə tələbə olduğu vaxtdan vəfatınadək keçdiyi dövrlər barədə ətraflı danışıb. Prorektor Vasim Məmmədəliyevin İslam dininin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, BDU-nun tarixində onun şərqşünas, ilahiyyatçı, elm xadimi kimi əbədi yaşayacağını vurğulayıb.
Xalq artisti, professor Vamiq Məmmədəliyev qardaşı Vasimin bir alim kimi formalaşmasında ailəsinin - ata və anasının xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Vasim Məmmədəliyev irsinə verdiyi dəyəri xüsusi qiymətləndirib.
V.Məmmədəliyevin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının dosenti Turan Məmmədəliyeva tədbirə həm ailə üzvü, həm də iştirakçı kimi qatılmasından məmnunluğunu ifadə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı-direktoru Mehman İsmayılov akademikin tələbəsi kimi danışmaqdan fəxarət hissi keçirdiyini qeyd edib. Vasim Məmmədəliyevlə bağlı tələbəlik illərinin xatirələrini bölüşərək, onun bütün təhsilalanlara ata qayğısı ilə yanaşdığını xüsusi vurğulayıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Paşa Kərimov Vasim Məmmədəliyevlə tanışlığı, onun alim və pedaqoq kimi fəaliyyəti barədə danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov akademik haqqında həm elmi rəhbəri, həm dekanı, həm də müəllimi kimi xatirələrini bölüşüb.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Elxan Əzizov Vasim Məmmədəliyevlə birlikdə illərlə olan dostluq və əməkdaşlığından söz açıb.
Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxışında hörmət və ehtiramla anılan akademikin həm müəllimlərə, həm də tələbələrə münasibətində səbir və tolerantlıq nümunəsi göstərdiyini qeyd edib.
Konfrans mövzu ətrafında məruzələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

