MÜASIR DÖVRDƏ GƏNC KÖNÜLLÜLƏRIN DIASPOR FƏALIYYƏTINDƏ IŞTIRAKI MÜHÜM ƏHƏMIYYƏT KƏSB EDIR
15.11.2020 [12:03]
Yaxud “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin gələcəkdə də davam etdirilməsi vacibdir
(əvvəli ötən sayımızda)
Nəzərə alsaq ki, bütün sahələrdə düşmən bundan sonra da Azərbaycana qarşı təxribatlar törətməyə çalışacaq, diasporumuz son dərəcə ayıq-sayıq olmalıdır. Layihə boyu müsahibimiz olan gənclər, Türkiyənin ayrı-ayrı şəhərlərində məskunlaşmış soydaşlarımız da qeyd etdilər ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətə yeni ruh gətirməsi, yeni yanaşması xaricdəki diaspor təmsilçilərimizi daha da fəallaşdırır, eyni zamanda onların üzərinə əlavə məsuliyyət qoyur. Həm diasporun fəaliyyəti baxımından, həm də artıq qalib xalqın nümayəndələri olaraq, bu sahədə yeni dövr başlayır. Bu dövrdə gənc diaspor könüllüləri, şübhəsiz, yenə ön sırada yer alıblar.
Beləliklə, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin icrasının sonuna gəlib çatdı. Layihə çərçivəsində apardığımız araşdırma və monitorinqlər bir sıra mətləblərə də aydınlıq gətirdi. Maraqlı məqamlar üzə çıxdı. Layihənin davam etdiyi müddətdə Azərbaycan daxilində baş verən hadisələrə adekvat olaraq, dünyanın müxtəlif ölkələrində soydaşlarımızın həssaslığı hiss edildi. Sentyabrın 27-dən başlayan 45 günlük Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimizin apardığı savaş arxa cəbhənin, xüsusilə, informasiya cəbhəsində olanların mübarizəsi ilə bütövləşdi. İnformasiya savaşının önündə bu dəfə də gənclər ön sırada idilər. Beynəlxalq ictimaiyyətin doğru reaksiyasını təmin etmək üçün diaspor təşkilatları gənc könüllüləri səfərbər etdi və nəticə, artıq göz önündədir. Azərbaycan tək ön cəbhədən deyil, diaspor könülüllərinin də fəal şəkildə iştirak etdiyi informasiya savaşından qalib ayrıldı.
Bu proseslər və layihə çərçivəsində aparılan araşdırmalar, əslində, işin nə dərəcədə əhəmiyyətli və vacib olduğunu bir daha təsdiqlədi. Qalibiyyət soydaşlarımızın yaşadıqları ölkələrdə diaspor təşkilatlarının və gənc diaspor könüllüləri qarşısına yeni vəzifələr qoyur. Biz Türkiyənin Dənizli, Ankara, Kanadanın Toronto şəhərində yaşayan və ya təhsil alan azərbaycanlı gənclərin ölkəmiz adına gördüyü işlərlə tanış olduq, onların hər birinin fikirləri, diaspor qurumları ilə əlaqələri, işbirliklərini yaxından izlədik. Bu, əlbəttə ki, qürurvericidir. Qəlbi Azərbaycanla döyünən bu gənclərin hər biri Vətənimiz üçün bacardıqlarının ən yaxısını etməyə çalışırlar. Onlar olduqları yerdə, malik olduqları imkanlarla, xüsusilə, Azərbaycan üçün çox önəmli olan bu zaman kəsiyində haqq savaşına töhvə verməyə çalışır, səsimizi səslər içində eşidilməsinə dəstək olurlar. Lakin bu işlər gələcəkdə də davamlı şəkildə həyata keçirilməlidir. Çünki ölkə daxilində olduğu qədər, ölkə xaricində də informasiya təbliğatı, eyni zamanda diaspor könüllülərinin daha da fəallaşdırılması uğurlarımızı daha da artıracaq. Gənc diaspor könüllülərinin fəaliyyətini daha da səmərəli etmək üçün vəziyyəti bir daha dəyərləndirmək və hədəfə yönəlik plan üzrə hərəkət etmək olduqca zəruridir. Məsələn, Türkiyənin Dənizli şəhərində təhsil alan azərbaycanlı gənclərlə söbətdən belə məlum oldu ki, sadəcə, Azərbaycan sevdalısı olmaq, çox zaman bəs etmir. Belə ki, Dənizlidə azərbaycanlılar, Azərbaycanı sevənlər bu sevgilərindən xeyrimizə istifadə etmək üçün bu günə kimi hər hansı bir diaspor təşkilatında birləşməmişdir. Cünki, Dənizlidə Azərbaycanın diaspor təşkilatı yoxdur. Deməli, Türkiyənin Dənizli şəhərinin timsalında digər yerlərdə də, olmayan diaspor təşkilatlarımızın formalaşmasına çalışmalı, onlarla birgə gənc könüllülərin fəaliyyətini gücləndirməli, uzlaşdırmalıyıq.
Azərbaycan sevgisi heç bir halda bizim diaspor təşkilatlarında arxayınlıq yaratmamalıdır. Əksinə, Azərbaycana dost, qardaş olan ölkələrin bu münasibətindən xoş niyyətlə bəhrələnərək diasporamız həmin ölkələrdə daha fəal olmalı, orada yaradılan imkanlardan səmərəli istifadə etməlidir. Bunun üçün ölkəmiz, tariximiz, mədəniyyətimiz haqqında geniş, müfəssəl məlumatla silahlanmış gənclərin – diaspor könüllülərinin bilik və bacarığndan istifadə edilməlidir. Gəncləri bu fəaliyyətə hazırlamaq isə diaspor təşkilatlarının qarşısında bir tapşırıq kimi qoyulmalıdır. Hər kəsin oxuduğu ali məktəbdə bir Azərbaycan olması üçün diaspor təşkilatlarımız bundan sonra da həmin gəncləri vaxtaşırı, mütəmadi olaraq, bir araya toplamalı, onları ölkəmizn yürütdüyü siyasi, ictimai, sosial-mədəni istiqamətlərlə, bizim üçün prioritet olan məsələlərlə yaxından tanış etməli, gəncləri yetişdirməlidirlər.
Eyni zamanda, diaspor könüllülərinin fəaliyyətinin real nəticəsi üçün gələcəkdə onların olduqları ölkə daxilində media ilə əlaqələrinin daha da möhkəmlənməsi çox vacibdir və bu istiqamətdə davamlı addımlar atılmalıdır. Diaspor könüllülərinin xarici ölkələrdə yerli media qurumlarına çıxışı Azərbaycanın səsinin daha çox eşidilməsi deməkdir və indormasiya savaşında bunun vacibliyi göz önündədir.
Bir sözlə, layihə çərçivəsində görülən işlərə və apardığımız müşahidələrə əsaslanaraq ekspertlər olaraq gəldiyimiz qənaət budur ki, ölkədən kənardakı gənclərin gücünü diaspor təşkilatlarımızın fəliyyətinə yönəltmək bu gün də ən aktual məsələlər sırasındadır. Və nə qədər ki, bu belədir, buna köklənmiş layihələr davam etdirilməli, onlara dəstək göstərilməlidir. Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə bizə bu layihənin reallaşması şansını verdikləri üçün bir daha təşəkkür edir və əmin olduğumu bildirirəm ki, hər iki qurum növbəti qrant müsabiqələri zamanı da bu tip layihələrin davam etdirilməsinə qərar verəcəklər. Əgər belə bir qərar olacaqsa “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi olaraq gələcəkdə həmin layihələrdə məmnuniyyətlə iştirak edəcəyik.
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

