Vətəndaşlar COVID-19 infeksiyasının geniş yayılmaması üçün qaydalara riayət etməlidirlər
11.11.2020 [09:34]
Bunun üçün kütləvi tədbirlərdə iştirakdan çəkinməli, iştiraka ciddi zərurət yarandığı hallarda isə tibbi qoruyucu vasitələrdən mütləq istifadə olunmalıdır
Artıq uzun müddətdir ki, dünyanı öz cənginə almış yeni növ koronavirus (COVID-19) pandemiyasına yoluxmanın arealı yenidən genişlənməkdədir. Qeyd etmək lazımdır ki, artıq bir sıra ölkələrdə, xüsusən Avropada yoluxmanın artması ilə yanaşı, ölüm hallarının sayında da kəskin artım müşahidə edilir. Bunun nəticəsidir ki, bəzi ölkələr yenidən xüsusi karantin rejimi tətbiq edir, qaydaları sərtləşdirirlər. Məsələn, artıq bir neçə gündür ki, qonşu Gürcüstanda da koronavirusa yoluxmanın sayının artması xüsusi karantin rejiminin tətbiqinə yol açıb.
Vurğulanmalıdır ki, Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir və yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə, vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Bununla belə, artıq son aylarda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım nəzərə çarpacaq qədərdir. Sanitar-epidemioloji durumun pisləşməsi və infeksiyanın yayılmasındakı artım bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Xatırladaq ki, artıq bir müddətdir ki, Nazirlər Kabineti 10 şəhər və rayonun ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. Qeyd edək ki, infeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır. Bununla yanaşı, Azərbaycan dövləti hər zaman olduğu kimi, müharibə şəraitində olduğumuz bir dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayonda muzdlu işçilərin əməkhaqları üzrə müvafiq ödənişlər ediləcək, fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, həmçinin işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələr olunacaq.
Bəli, hazırda payız fəslini yaşadığımızı, qarşıdan isə soyuq qışın gəldiyini nəzərə alsaq, infeksiyanın respirator xəstəliklərlə yanaşı inkişaf etməsi də gözdən qaçmamalıdır. Bu mənada insanlar daha ehtiyatlı davranmalı, sanitar-gigiyenik qaydalara riayət etməlidirlər. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da KİV-ə açıqlamasında bildirib ki, yoluxma hallarındakı artım qışın bizim üçün daha çətin olacağı deməkdir. Onun sözlərinə görə, hazırda koronavirusa yoluxma hallarının sayında artım bütün dünyada müşahidə olunur. Bu halın yaranmasının əsas səbəblərindən biri payız mövsümünün gəlməsi, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir. Bununla yanaşı, insanların maskadan istifadə etməməsi, kütləvi şəkildə toplaşması da artıma səbəb olur. H.Harmancı bildirib ki, neçənci dalğa olmasından asılı olmayaraq maskadan düzgün istifadə daxil olmaqla fiziki məsafə, əl və tənəffüs gigiyenası qaydalarına diqqətlə əməl etməliyik.
Göründüyü kimi, inzibati tədbirlərlə yanaşı COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında vətəndaş məsuliyyəti də əhəmiyyətli rol oynayır. Vətəndaşlarımız kütləvi tədbirlərdə iştirakdan çəkinməli, iştiraka ciddi zərurət yarandığı hallarda isə qoruyucu vasitələrdən mütləq istifadə etməlidir. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın borcudur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

