Qarabağ həqiqətləri: gənc könüllülərimiz bunu dünyaya necə çatdırırlar?
29.10.2020 [09:11]
I I Yazı
Ikinci müsahibimiz isə Türkiyənin Orta Doğu Texniki Universitetinin mədən mühəndisliyi fakultəsinin 4-cü kurs tələbəsi Azər Haqverdiyevdir. O, eyni zamanda qiyabi olaraq, Anadolu Universitetinin beynəlxalq ticarət və loqistika fakültəsinin 3-cü kursunda təhsil alır. “Əslən Şuşadanam, amma Tərtərdə anadan olmuşam, ailəm hazırda Tərtərdə yaşayır. Özüm isə 12 ildir Ankarada yaşayıram” deyən müsahibimiz qardaş Türkiyənin paytaxtında gördükləri işlərlə bağlı sualları cavablandırıb:
Azər Haqverdiyev: “Qarabağ kəlməsi gələndə axar sular dayanır”
– Xaricdə yaşayan hər bir həmyerlimiz həm də Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərimizin təmsilçisidir. Tələbələr bunun məsuliyyətini yetirəncə dərk edirlərmi?
– Ankaraya gələn tələbələrimiz, əslində, hara gəldiklərini yaxşı bilirlər. Mən yeni gələn tələbələrə burada yerləşmələri, uyğunlaşmaları üçün kömək edirəm. Bu müddət ərzində onlarla yaxından təmasda oluram. Birmənalı olaraq, Azərbaycandan gələn gənclər könüllü şəkildə ölkəmizi bacardıqları qədər təmsil etmək istəyirlər. Onlar bunun məsuliyyətini dərk edir və bunu özlərinə borc bilirlər.
– Tələbə olaraq, Vətənimizi, onun mədəniyyətini, tarixini və milli adət-ənənələrimizi tanıtmaq üçün hansı addımları atırsınız?
– Üniversitetimizdə ənənəvi bahar şənlikləri keçiririk. Bu zaman tələbələrimiz Azərbaycan adına masalar açırlar. Biz bu bayram çərçivəsində adət-ənənələrimizi, mədəniyyətimizi, milli abidələrimizi tanıdırıq. Rahatlıqla deyə bilərəm ki, ən çox da maraq bizim masalara olur. Bundan başqa Xocalıda, 20 Yanvarda törədilmiş qətliamlarla bağlı proqramlarımız olur. Eyni zamanda, 28 mayda səfirliyimizin dəstəyilə təqdimat tədbiri keçirildi. Universitet rəhbərliyinin köməyilə ötən ilin18 oktyabrında Müstəqillik günü münasibətilə ağaçəkmə aksiyası təşkil edildi. Ankaradakı bütün universitetlərin iştirakı ilə Hüseyin Caviddən bəhs edən filmin numayisini keçirdik. Bir dəfə də muğamlarımızı tanıtmaq məqsədilə xalq artistimz, xanəndə Mənsum İbrahimovun konsertini təşkil etdik. Eyni zamanda, könüllü tələbələrimiz müxtəlif xarici dillərdə Xocalı soyqırımını tanıtma üçün video hazırlamışdılar.
– Xaricdə təhsil alan könüllü tələbənin bu istiqamətdə daha nələr etmək imkanı var?
– Əslində, biz potensialımızı tam ortaya qoymamışıq. Məsələn, ayrıca Azərbaycan günləri keçirilə bilər, Novruz bayramı daha gözəl şəkildə təşkil oluna bilər. Bundan əlavə Qarabağla əlaqəli seminarlar, ölkəmizin multikulturizmi haqqında tədbirlər təşkil oluna bilər. Başqa bir effektli tədbir mətbəximiz haqqında ola bilər. Bunun üçün universitetlərin Qastronomi dərnəkləri var. Onlar bu işdə bizə həvəslə kömək edərlər. Universitetlərin teatr dərnəyini də bura əlavə etmək olar. Məsələn, "Molla İbrahimxəlil kimyagər", "Ölülər", "Hacı Qara", "Müsibəti-Fəxrəddin" kimi gözəl əsərlərin səhnələşdirilməsinə cəhd etmək olar. “Azərbaycan kinosu” günlərinin keçirilməsi də gözəl təbliğat vasitəsi kimi təsirli olardı. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Axırıncı aşırım” kimi filmlərimizi təqdim edə bilərik. Bunun üçün universitetlərdə şərait var.
– Diaspor təşkilatları, eləcə də, könüllülər yerli ictimaiyyətə Qarabağ həqiqətlərini necə çatdırırlar?
– Səfirliyimiz bu yöndə çox ciddi addımlar atır. Məsələn, bütün universitetlərdən gələn təkliflərə səfirimiz Xəzər İbrahim qatılmağa çalışır. Hansı universitetdə keçirilməsindən asılı olmayaraq, o, birmənalı şəkildə bu tip tədbirlərin heç birindən qalmır və ilk imkanda Qarabağ həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırır.
– Başqa ölkələrin nümayəndələri ilə müqayisədə, Azərbaycan tələbələrinin mütəşəkkilliyi özünü nədə göstərir? Və bunun ölkəmizə, xalqımıza hansı faydaları dəyir?
– Bizim tələbələrimiz həm mehribandırlar, həm də dil baxımından digər millətlərdən fərqlənirlər. Türkiyə vətandaşları da bizi özləri kimi gördüyündən bu bizə daha da rahat söhbət imkanı yaradır. Tələbələrimiz Azərbaycan adına bütün işlərə həvəslə qoşulurlar. Qarabağ mövzusunda bu həvəs xüsusilə artır. Qısa şəkildə belə deyə bilərəm: Qarabağ kəlməsi gələndə axar sular dayanır, yəni tələbələrimiz əlindən gələni edirlər. Bu mövzunun həssaslığı könüllülərimizi daha çox araşdırmaya sövq edir. Nəticədə həm dünyagörüşü, həm də bilikləri artır. Bu da gənclərimizin daha yaxşı formalaşmasına müsbət təsirini göstərir.
Sonda onu da xüsusi olaraq qeyd edim ki, hazırda ordumuzun uğurlu əməliyyatları davam edir. Biz inanırıq ki, çox yaxında torpaqlarımız bütünlüklə işğaldan azad ediləcək. Eyni zamanda, bu bizim üzərimizə daha çox məsuliyyət qoyur. Çünki torpaqlarımız işğaldan azad olunduqdan sonra erməni lobbisi bizə qarşı daha aqressiv olacaqdır. Buna görə məncə, daha çox çalışmalı, türk diaspor təşkilatları ilə əlaqəni daha da gücləndirməli, hətta birləşməliyik. Çünki cənab Prezident İlham Əliyevin dediyi kimi bir millətin iki diasporu olmaz.
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03

