/ / Azərbaycan Ordusu quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir
Azərbaycan Ordusu quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir
23.09.2020 [09:09]
Ekspertlərin fikrincə, hərbçilərimiz yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar
Hazırda dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Onu da qeyd edək ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi bu gün ölkəmiz Cənubi Qafqazın ən güclü ordusuna, eləcə də təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, ölkəmizdə uğurlu və genişmiqyaslı ordu quruculuğu siyasəti həyata keçirilir. E.Həsənli qeyd edib ki, bura Silahlı Qüvvələrimizin texniki təminatının yüksəldilməsi ilə yanaşı əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daxildir: “Bununla yanaşı, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bu addımlar kompleks şəkildə milli ordumuzun gücünün qat-qat artmasına, nizam-intizamın daha yüksək səviyyəyə çatmasına şərait yaradır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgər və zabiti yalnız Vətənin bütövlüyünün qorunması haqqında düşünür”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova isə bildirib ki, Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradırlar. S.Orucova deyib ki, istər 2016-cı ilin Aprel döyüşləri zamanı, istərsə də 2020-ci ilin iyulunda Ermənistanın cəbhənin Tovuz rayonu istiqamətindəki hərbi təxribatı zamanı Azərbaycanın necə güclü ordusunun və vətənpərvər gəncliyinin olduğunu bütün dünya, o cümlədən düşmənlərimiz də gördü. Düşmən bir daha əmin oldu ki, Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir. Və Azərbaycanda elə bir vətənpərvər gənclik yetişib ki, torpaqlarını düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir : “Cənab Prezidentimizin bir müraciəti ilə qısa müddət ərzində on minlərlə könüllü Azərbaycan gənci müvafiq dövlət strukturlarına müraciətlər etdilər ki, onlar könüllü olaraq cəbhədə döyüşməyə hazırdırlar. Azərbaycan xalqı milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır, ona güvənir. Ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salan şəxslər isə ən sərt şəkildə qınağa layiqdirlər”.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

