Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib
22.09.2020 [08:52]
Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd edib ki, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis çox böyük işlər görüb.
Milli Məclis Sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə, parlament və hər bir deputatın gələcək fəaliyyəti üçün “yol xəritəsi”dir.
Komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 6 onlayn iclası keçirilib. Komitədə iki qanun layihəsi üç oxunuşda müzakirə olunaraq, plenar iclasa tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub. Bu sənədlər bir sıra məcəllələrə və qanunlara dəyişikliklərin edilməsi ilə bağlı olub.
Sessiyalar ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə, 207 məktub və sənədlər daxil olub. Sessiya müddətində 1597 nəfərin sosial şəbəkələr üzərindən elektron müraciəti qeydə alınıb, 1548 məsələ artıq öz həllini tapıb. Daxil olan 204 şifahi müraciətin 146-sı həll olunub. Vətəndaşların müraciətlərində məşğulluq, məişət, sağlamlıqla bağlı problemlər, abadlıq işləri, maddi yardım, bank kreditləri, gənclər və idman sahəsinə aid məsələlər yer alıb.
Komitə sədri məlumat verib ki, onun tərəfindən cari ilin ilk 6 ayı ərzində fərdi olaraq 660 vətəndaş qəbul edilib. Vətəndaşların qaldırdığı məsələlərin bir çoxu öz müsbət həllini tapıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə pandemiya şəraiti də nəzərə alınaraq komitənin təşkilatçılığı və iştirakı ilə bir çox tədbirlər həyata keçirilib. Belə ki, Gənclər və idman komitəsinin təşəbbüsü ilə İctimai Televiziyanın efirində tanınmış idmançıların iştirak etdiyi “Ulduzla hərəkət et” verilişi fəaliyyətə başlayıb. Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” aksiyasında iştirak edən istedadlı gənclərə dəstək verilib. “Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında qanvermə aksiyası keçirilib. “Könüllülər İli” və gənclər təşkilatının fəaliyyətinə həsr olunmuş onlayn konfrans, Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə “Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili” mövzusunda görüş təşkil olunub. Parlamentdə könüllülərlə işin təkmilləşdirilməsi məqsədilə “Parlament könüllüsü” layihəsi hazırlanıb. Qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Bundan əlavə, Gənclər və idman komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Vətənpərvər məktəblilər” layihəsinə başlanılıb.
Bildirilib ki, sessiya ərzində komitə sədri Milli Məclisin Sədri Sahibə Qafarovanın bitərəf deputatlarla onlayn görüşündə, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş onlayn simpoziumda iştirak edib. Adil Əliyev “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənclərlə onlayn konfrans, “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin iştirakçıları ilə onlayn görüş keçirilib. Komitə sədri mütəmadi olaraq videokonfrans vasitəsilə seçiciləri qəbul edib.
Bildirilib ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev cari ilin iyun ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı bu bölgəyə səfər edib, buradakı vəziyyətlə yaxından tanış olub. Ermənistan tərəfinin iyulun 12-dən başlayaraq ölkəmizin sərhədlərində etdiyi təxribatlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Almaniyanın Köln şəhərində onun iştirakı ilə tədbir keçirilib.
Komitə sədri bildirib ki, o, hesabat dövründə müxtəlif KİV vasitələrində, televiziya kanallarında ölkədə və dünyada baş verən hadisələrə dair öz fikirlərini açıqlayıb, aktual mövzularda müsahibə və məqalələrlə çıxış edib. Onun Tovuz təxribatı ilə bağlı dünyanın 9 ölkəsində və 30-dan çox media qurumunda türk, ingilis, rus, alman, ərəb və Koreya dillərində məqalələri çap edilib.
Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planı təqdim edilib. Qeyd olunub ki, sessiya zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə işinin təşkili, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramına əsasən normativ-hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili, bir sıra qanunların, o cümlədən “Könüllü fəaliyyəti haqqında” Qanuna dəyişiklik barədə, “Xeyriyyəçilik fəaliyyəti haqqında” və digər qanunların müzakirəsi, Gənclər Gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.
Payız sessiyasında, həmçinin “Deputat könüllüləri” layihəsinin icrası, Milli Məclis könüllülərinin yaradılması istiqamətində tədbirlər, habelə şəhid ailələri, müharibə veteranları, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri, əsgərlər və idmançılarla bir sıra görüşlər planlaşdırılır. Komitə üzvləri, eyni zamanda, işğal altında olan ərazilərimizdə vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.
Könüllülər barədə məlumat verən komitə sədri qeyd edib ki, deputatların yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir.
Sonra Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, deputatlar Etibar Əliyev, Vüqar İskəndərov, Cavid Osmanov, Ülvi Quliyev, Şahin Seyidzadə, Sevinc Hüseynova və Müşfiq Cəfərov iclasda çıxış edərək, hesabat və iş planı barədə, bir sıra digər məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.
İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti məqbul sayılıb, payız sessiyanın iş planı təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

