/ / Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli mövzusunda müzakirələr aparılıb
Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli mövzusunda müzakirələr aparılıb
30.06.2020 [09:36]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğunun çox mühüm amil olduğunu, bu cür görüşlərin təşkilinin vacibliyini qeyd edib. O, məruzəsində Azərbaycanda birgəyaşayış modelinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrdən ətraflı danışıb.
Belçika Krallığında fəaliyyət göstərən Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin dekanı professor Yohan Temmerman videokonfrans tədbirin mövcud əlaqələrin genişləndirilməsində və qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətini vurğulayıb.
Videokonfransda Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin eksperti və məruzəçisi professor L.J.Parlevlietin dini təhsilin əhəmiyyəti mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan tolerantlığının sosial-tarixi və teoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən bəhs edərək, mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Aİİ-nin Xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov da məruzələrini təqdim ediblər.
Konfransda Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması, bəşəri dəyərlər sisteminin daha da zənginləşdirilməsinə töhfə verəcək təcrübələrin sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edilib. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulanıb. İrqçilik, radikalizm, ksenofobiya, islamofobiya, diskriminasiya və dini dözümsüzlük əleyhinə, həmçinin mədəniyyətlərarası, dinlərarası dialoqun inkişaf etdirilməsinə dair müştərək seminar, dəyirmi masa və konfransların təşkili imkanları müzakirə olunub.
Sözügedən məsələlərin araşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsinin müvafiq sahə üzrə alim və mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması prioritet məsələ kimi razılaşdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
27 İyul 13:36
Siyasət
27 İyul 13:36
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41

