Avropa banklarına çağırış
27.07.2026 [10:29]
Prezident İlham Əliyevin xarici səfərləri ölkə və beynəlxalq siyasətin daim diqqət mərkəzində olur. Dövlət başçısının Almaniya səfəri də bu qəbildəndir. Səfər çərçivəsində rəsmi qarşılama, keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə əlaqələrinin daha da inkişaf edəcəyindən xəbər verir. Səfər çərçivəsində keçirilən görüşlərdə əsas müzakirə mövzusu iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, sənaye kooperasiyası, rəqəmsal transformasiya, nəqliyyat-logistika, yaşıl enerji, bərpa olunan enerji mənbələri, elm, təhsil, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi oldu. Tərəflər qeyd etdilər ki, müasir dövrdə qlobal çağırışların həlli dövlətlər arasında etibarlı tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq tələb edir. Bu baxımdan Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir.
Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması mühüm hadisələrdən biridir.
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında bildirdi ki, Azərbaycan və Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və hazırda ölkəmiz etibarlı enerji tərəfdaşı kimi bir çox Avropa dövlətlərini təbii qazla təmin edir: “Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən, 1,5 milyard dollar ətrafında idi. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana ixracıdır, qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir. Yəni hesab edirəm ki, Azərbaycan təxminən bir neçə yüz milyon dollar səviyyəsində xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər - həm daxili mənbələrdən, həm də bizim enerji şirkətimiz SOCAR-ın treydinq bölməsindən. Yəni burada hər hansı bir problem yoxdur. Biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birincisi, bizə müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkincisi, mövcud qaz infrastrukturu genişləndirilməlidir. Çünki bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər”.
Onu da qeyd edək ki, hazırda ölkəmizdə Almaniyanın 200-dən çox şirkətinin uğurla fəaliyyət göstərir. Bunun fonunda Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə işgüzar dairələr arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18

