Daxili turizmə həsr olunmuş “Macəra yaxındadır!” adlı kampaniyanın təqdimatı keçirilib
12.03.2020 [09:28]
Martın 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış ölkədaxili turizm kampaniyasının təqdimatı keçirilib. Mərasimdə bildirilib ki, “Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, hazırda dünyada vəziyyət qeyri-stabildir və bu da turizmə öz təsirini göstərməkdədir. “Amma biz bu vəziyyətin uzun sürməyəcəyinə inanırıq”, - deyə F.Zenqstşmid vurğulayıb.
O, qeyd edib ki, bu gün çox əhəmiyyətli gündür, çünki ölkəmizin turizm potensialını artırmaq üçün 3 məhsul hazırlanıb. Bu məhsullar Azərbaycana gəlmək istəyən turistlərin səyahətini bir platformada cəmləşdirir.
Azərbaycan Turizm Bürosunun turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi departamentinin direktoru İlkin Cavadov bildirib ki, kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdirilib.
Qeyd edib ki, ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir.
Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib.
Azərbaycan Turizm Bürosunun layihə üzrə koordinatoru Şəfa Qurbanova bildirib ki, yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, turistlərin səyahətinin planlaşdırmasına xidmət edir, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib. Jurnalda mətbəx, multikultural dəyərlər, yaradıcı gənclərdən alınan müsahibələr, Bakının XIX əsrdə olan vəziyyəti haqqında məqalələr əks olunub. Macərasevər turistlərin maraqları da diqqət mərkəzindən kənarda qalmayıb.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

