/ / Yevlaxda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür
Yevlaxda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür
05.03.2020 [10:17]
Yevlax rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
İcra hakimiyyətindən bildirilib ki, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də keçirilir.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün şəhər icra hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə şəhər icra hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

