Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
05.03.2020 [09:29]
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, iclası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Gündəlikdəki birinci məsələ - beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Kitabın ideyası, məzmunu, strukturu, redaksiya və müəlliflər heyəti haqqında geniş müzakirə aparıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev nəzərdə tutulan çoxcildliyin baş redaktoru və 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın 75 illik yubileyi ilə bağlı tədbirlər planı haqqında olub. Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, Rəyasət Heyəti aparatının idarə və şöbələri tərəfindən təqdim edilən təkliflər əsasında tədbirlər planı hazırlanıb. Tədbirlər planı və onun icrasından irəli gələn məsələlər geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
Daha sonra “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı tədbirlər planı haqqında danışan Əminağa Sadıqov proqramın əsas məqsədlərindən söz açıb. Proqramın mövcud elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi, elmin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi kimi məqsədləri özündə ehtiva etdiyini bildirib. AMEA Rəyasət Heyətinin 2019-cu il 28 dekabr tarixli qərarı ilə təsdiqlənmiş inkişaf proqramının icrasına dair tədbirlər planı geniş müzakirə olunduqdan sonra təsdiq edilib.
İclasın gündəliyindəki növbəti məsələlər yubileylərlə əlaqədar olub. Belə ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi, Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri, akademik Adil Qəribov və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileylərinin, həmçinin SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 120 illik yubileyinin keçirilməsi qərara alınıb.
Sonra Əminağa Sadıqov “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində qoyulmuş vəzifələrin həyata keçirilməsi üzrə AMEA-nın 2019-2020-ci illərə dair Tədbirlər Planı”nın 2019-cu ildə icra vəziyyəti barədə məlumat verib. Məlumatlar Rəyasət Heyəti tərəfindən nəzərə alınaraq AMEA müəssisələrinin bu istiqamətdə fəaliyyəti dəyərləndirilib, müvafiq qərar qəbul edilib.
Növbəti məsələ AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev bölmənin ümumi yığıncağında seçilmiş 13 nəfərdən ibarət yeni tərkib haqqında məlumat verib. Məsələ müzakirə olunduqdan sonra tərkib təsdiq edilib.
İclasda AMEA-nın Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova danışıb, məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Daha sonra Əminağa Sadıqov AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfrans barədə məlumat verib. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən, AMEA-da intellektual gəncliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Akademik-katib bildirib ki, sözügedən konfrans Azərbaycan gəncliyinin avanqard hissəsi olan intellektual gəncliyin öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi, onların beynəlxalq elmi əməkdaşlıq proseslərində yaxından iştirakı baxımından xüsusi əhəmiyyətə malikdir. Digər qərar doktorant və dissertantların AMEA-nın elmi müəssisələrinə köçürülməsi haqqında olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantlarının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmək üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.
İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.
Sonda kadr məsələlərinə baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

