İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20.02.2020 [09:30]
Fevralın 19-da İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub, bu soyqırımı zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunmuş “Onlar heç vaxt böyüməyəcəklər” kitabı təqdim edilib.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Beyoğlu Bələdiyyəsi, Türk Ocaqları İstanbul Şöbəsi və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Anım mərasimində çıxış edən İstanbulun Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, Beyoğlu icra başçısı Mustafa Demirelli, ölkəmizin İstanbuldaki baş konsulu Məsim Hacıyev, Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərova Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıblar. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar tarixboyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış “Xocalı zülmət bir gecə” sənədli filmi nümayiş etdirilib. Filmdə soyqırımın canlı şahidləri həmin gündən danışırlar. Ekran əsərinin layihə rəhbəri və “Onlar heç vaxt böyüməyəcəklər” kitabının yazarı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovadır. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “Azərbaycan” Nəşriyyatının dəstəyi ilə hazırlanıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30

