Məşhur amerikalı yazıçı ADA Universitetinin fəxri doktoru adına layiq görülüb
14.02.2020 [09:31]
Fevralın 13-də ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təklifi və universitet Senatının qərarına əsasən, tanınmış amerikalı yazıçı və analitik Tomas Qolts Azərbaycan və Xəzəryanı bölgə üzrə apardığı tədqiqatlarına, bu sahədəki diqqətəlayiq nəşrlərinə, Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi mühüm töhfələrinə görə ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən təqdimetmə mərasimində rektor Hafiz Paşayev fəxri doktor diplomunu qonağa təqdim edib.
Rektor Azərbaycan ictimaiyyətinin T.Qoltsun ölkələrimiz arasındakı qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Tomas Qolts çıxış edərək, ADA Universiteti tərəfindən verilən yüksək qiymətə və fəxri ada görə minnətdarlığını bildirib. O, Azərbaycanla bağlı xatirələrini bölüşüb, ölkənin müstəqilliyə gedən yolda çox çətin dövrdən keçdiyini nəzərə çatdırıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı şahidi olduğu hadisələrdən bəhs edib. T.Qolts müstəqil Azərbaycanın daha böyük uğurlara imza atacağına əminliyini bildirib.
Mərasim çərçivəsində qonaqlar Tomas Qoltsun nümayiş etdirilən kitabları ilə tanış olub, onun Azərbaycanla bağlı xatirələrindən bəhs edən videonu izləyiblər.
Qeyd edək ki, Tomas Qolts müstəqil Azərbaycan və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılmış ilk kitablardan olan “Azərbaycan gündəliyi”nin müəllifidir. Onun “Washington Post”, “National Interest” və digər nüfuzlu kütləvi informasiya vasitələrində dərc etdirdiyi məqalələr Azərbaycanın dünya ictimaiyyətinə tanıdılması və Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılması işinə töhfə verib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

