Ədliyyə Nazirliyində məhkəmə ekspertiza sahəsində yeniliklərlə bağlı ictimai müzakirə keçirilib
21.12.2019 [09:32]
Ekspertiza sahəsində edilən dəyişikliklər, xüsusilə özəl ekspertizanın yaranması mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib
Dekabrın 20-də Ədliyyə Nazirliyində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının həyata keçirilməsinə, habelə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixli Fərmanına əsasən gələn il martın 1-dən fəaliyyətə başlayacaq özəl məhkəmə eksperti institutuna həsr edilmiş ictimai müzakirə keçirilib.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatlara başlanıb, qanun paketləri qəbul edilib. A.Sabitova özəl məhkəmə eksperti institutunun yaradılmasının, eyni zamanda, məhkəmələrdə media ilə iş üzrə spiker hakimlərin təyin edilməsinin önəmli olduğunu vurğulayıb və tədbirdə həmin spiker hakimlərin iştirak etdiyini nəzərə çatdırıb.
Xatırladaq ki, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar indiyə qədər məhkəmə ekspertizalarının keçirilməsi üzrə müstəsna səlahiyyətə malik olan Ədliyyə Nazirliyinin bu sahədə vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib. Fərmana əsasən, bu dəyişikliklər 2020-ci il martın 1-dən qüvvəyə minir.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov dövlət başçısının 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətindən danışıb. A.Bağırov deyib ki, Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib, akt hazırlanır: “İlk dəfə büdcədən dövlət hesabına hüquqi yardımla bağlı ayrılan vəsait Vəkillər Kollegiyasının hesabına köçürüləcək. Bundan əvvəl bu sahədə süründürməçilik vardı. Bununla bağlı gələn aydan Vəkillər Kollegiyasının nəzdində Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyətə başlayacaq”.
A.Bağırov qeyd edib ki, indiyə qədər vəkillərin ekspertiza üçün müraciət etmək hüququ yox idi: “Artıq qanunvericiliyə edilən dəyişikliyə əsasən, vəkil bilavasitə Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək özəl məhkəmə eksperti ilə müqavilə bağlamalı və ekspertiza üçün müraciət etməlidir”.
A.Bağırov deyib ki, özəl məhkəmə ekspertləri qismində alternativ seçimin olması ədalətin təmin edilməsinə imkan yaradacaq.
Ekspertiza sahəsində edilən dəyişiklikləri, xüsusilə özəl ekspertizanın yaranmasını yüksək qiymətləndirən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov isə çxışında deyib ki, bundan əvvəl Mülki və İnzibati Prosessual məcəllələrdə ekspertiza aparılması müddəti göstərilməmişdi: “Artıq bu müddət İnzibati Prosessual Məcəlləyə əsaslanacaq. Eyni zamanda, ekspertiza müddəti materialın ekspertizaya daxil olduğu müddətdən başlayacaq”.
Daha sonra qeyri-hökumət təşkilatları, media işçiləri və bank sektorunun əməkdaşlarının sualları ilə müzakirələr davam etdirilib. Ədliyyə Nazirliyinin əməkdaşları və hakimlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər.
Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə dair tələblərdən danışıb. E.Nəsibov bildirib ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu və xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (sertifikat və s.) mövcudluğunu təqdim etməlidir. E.Nəsibov qeyd edib ki, bu üç şərtdən birinə cavab verən şəxs özəl ekspert kimi fəaliyyət göstərə bilər: “Daha sonra özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyi tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Daha sonra özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirilir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr Ədliyyə Nazirliyi tərəfindən veriləcək”.
Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri Sahib Məmmədov və Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi əməkdaşları, hakimlər və digərləri tədbirdə çıxış edərək müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildiriblər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

