Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
12.12.2019 [10:12]
Dekabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, 2019-cu il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub. Dini sahə ilə bağlı ilin ən mühüm hadisəsi noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi olub. O, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı zirvə görüşünün dinlərarası dialoqun möhkəmləndirilməsinə, mədəni əməkdaşlığa yaxşı imkanlar açdığını vurğulayıb. M.Qurbanlı belə mötəbər tədbirin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olmasına təsadüf etməsini İslami dəyərlərimizə və din xadimlərinə dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirib. Prezident İlham Əliyevin Sammitdəki çıxışında din sahəsindəki bütün məsələlərin, qarşıda duran vəzifələrin öz əksini tapdığını deyən DQİDK sədri il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin əsasən 2 istiqamətdə - din pərdəsi adı altında yad dini baxışların yayılmasının qarşısının alınması və xurafata, cəhalətə qarşı sistemli şəkildə maarifləndirmə tədbirləri keçirdiyini bildirib. Cəmiyyətin bütün təbəqələrini əhatə edən tədbirlərin müxtəlif idarə və müəssisələr, məktəblər, ali təhsil müəssisələri, hərbi hissələr, cəzaçəkmə müəssisələrində reallaşdırıldığını diqqətə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, sözügedən tədbirlər cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırılmasında və maarifləndirilməsində xüsusi önəmə malikdir. Komitə sədri növbəti ildə də bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu və bunun Dövlət Komitəsinin 2020-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planında öz əksini tapdığını bildirib.
Sonda Dövlət Komitəsinin 2020-ci il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

