/ / Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib
Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib
04.12.2019 [09:46]
“Lider Qadınlar” İctimai Birliyinin “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Lider Qadınlar” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Məlahət İbrahimqızı bildirib ki, 2019-2020-ci illər beynəlxalq ictimaiyyət tərəfindən dünya qadın hərəkatına, xüsusilə qadın hüquqlarına, ana sağlamlığına, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT sənədlərinin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir.
“BMT-nin 1979-cu ildə qəbul etdiyi CEDAW konvensiyasının 40, 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf, həmçinin 1995-ci il Qadınların IV Beynəlxalq Pekin konfranslarının 25-ci ildönümləri qeyd olunur. Eyni zamanda, 2020-ci il BMT tərəfindən müəyyən edilmiş və dünya ölkələrinin birlikdə can atdığı Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul edilməsinin 5-ci ildönümünə təsadüf edir. Bununla bağlı gələn il BMT-nin Baş Qərargahında yüksək səviyyəli tədbir keçiriləcək. Bu, Azərbaycan qadınlarının da həyatında tarixi hadisədir”,- deyə Məlahət İbrahimqızı vurğulayıb.
Qeyd edib ki, 25 il əvvəl Pekində qəbul olunmuş sənədlərdə 12 strategiya müəyyən olunub. Onlar yoxsulluğun aradan qaldırılması və qaçqın və köçkünlərin sosial problemlərinin həlli xüsusi önəm daşıyır. Ötən dövr ərzində bu iki məsələnin aradan qaldırılması istiqamətində Azərbaycanda ciddi işlər görülüb. Əgər 1994-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə qədər idisə, bu gün bu göstərici 5 faizdən də aşağıdır. Əgər o zaman 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün acınacaqlı şəraitdə yaşayırdısa, bu gün ölkəmizdə məcburi köçkünlərin və qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
M.İbrahimqızı bildirib ki, Azərbaycanda qadın hüquqları mövzusunda ümumrespublika inşa müsabiqəsinə start verilir. Onun sözlərinə görə, müsabiqə qadın hüquqları mövzusunda respublika üzrə tam orta məktəblərin 10-cu və 11-ci sinifləri arasında keçiriləcək. İnşa yazı müsabiqəsinin dekabrın 7-də “İnsan hüquqları haqqında” Beynəlxalq Bəyannamənin qəbul olunduğu ərəfədə keçirilməsi planlaşdırılır. Layihənin nəticələrinin təqdimatı 2020-ci ilin martında olacaq.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, tədbirdə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar da iştirak edir.
“2019-2020-ci illər qadın hərəkatında, qadın hüquqları ilə bağlı sənədlərin qəbulunda əlamətdar dövrdür. Biz 11 il əvvəl ailə dəyərləri mövzusunda Heydər Əliyev Fondu ilə birgə film festivalı keçirdik və çox uğurlu da alındı. Düşündük ki, qadın haqları mövzusunda məktəblilər arasında inşa müsabiqəsinin təşkil edilməsi bu mövzunu araşdırmaq baxımından məqsədəuyğundur”, - deyə Komitə sədri vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, qadın problemlərinin araşdırılması, ictimaiyyətə açıqlanması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. O bildirib, son illərdə Azərbaycanda bu istiqamətdə mühüm islahatlar həyata keçirilir: “Əlbəttə ki, bu da mühüm müsbət dəyişikliklərə səbəb olur. Bu, ölkənin gələcək inkişafına yol açır. Ölkədə həyata keçirilən sosial layihələr çərçivəsində insanların maddi rifahı yaxşılaşır, əməkhaqqı artır”.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cəmiyyətin formalaşmasında qadınların rolundan danışıb. O bildirib ki, bu işdə təhsilin, elmin müstəsna yeri var. “İlk dəfə müsəlman şərqində qızlar üçün məktəb məhz Azərbaycanda H.Z.Tağıyevin təşəbbüsü ilə açılıb. Bu gün də Azərbaycan qadınları bütün sahələrdə uğurla təmsil olunurlar. Təhsil gələcəyin təminatıdır. Qızların təhsilli, dünya görüşlü olması gələcəyimizin təminatıdır. Son illərin statistikası göstərir ki, qızların sayı nəinki humanitar, həm də texniki sahələrdə artır. Onlar xaricdə təhsil alırlar. Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında fəallıq göstərirlər”, - deyə nazir müavini vurğulayıb.
M.Vəliyeva inşa müsabiqəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müsabiqədə 30 mindən çox şagirdin iştirakı gözlənilir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50

