Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub
03.12.2019 [16:00]
Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə əməkdaşlığı ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Biz bir ailəyik” adlı bayram şənliyi təşkil edilib.
Tədbirdə Mərkəzdə təlim-tərbiyə alan uşaqlar və onların valideynləri, rayon icra hakimiyyətinin, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə foyedə sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra incəsənət məktəbinin şagirdləri dövlət himnimizi ifa ediblər.
Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva, Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Absalam Hüseynov, Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və başqaları çıxış edərək, ölkəmizdə sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların cəmiyyətə inteqrasiyası, istedadlarının və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Uşaq və Ailələrə Dəstək Mərkəzində təlim alan uşaqların və incəsənət məktəbinin şagirdlərinin birgə hazırladıqları maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

