Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublar
05.11.2019 [09:25]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda geniş hazırlıq işləri görülür. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Tərtərlilər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünü alqışlayırlar. Tərtər rayonunda ağacların əkiləcəyi ərazilər müəyyənləşib. Ağaclar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində əkiləcək. Artıq ağac əkini üçün nəzərdə tutulan ərazilərin böyük hissəsində sahələrin təmizlənməsi, hamarlanması, cızların çəkilməsi, çalaların qazılması və digər hazırlıq işləri başa çatıb. Tərtərlilər bu humanitar tədbirdə fəal iştirak edəcək və ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini verəcəklər”.
Həmsöhbət olduğumuz Tərtər sakini Mübariz Cabbarov əkiləcək ağaclardan daha çox gələcək nəsillərin faydalanacağını bildirərək deyib: “Ağac əkmək həm təbiətin qorunması, həm də insanların sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mən də bir Tərtər sakini kimi bu nəcib təşəbbüsə böyük həvəslə qoşulmuşam. Hazırda ağacların əkilməsi üçün ərazini təmizləyir, çalaları qazırıq. İnşallah ağac əkinində də belə fəallıqla iştirak edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

