/ / Lənkəranda Prezident İlham Əliyevin islahatlar strategiyasına həsr olunan regional konfrans keçirilib
Lənkəranda Prezident İlham Əliyevin islahatlar strategiyasına həsr olunan regional konfrans keçirilib
02.11.2019 [10:01]
Noyabrın 1-də Lənkəran şəhərində “Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda regional konfrans keçirilib.
Azərbaycan Ağsaqqallar Şurası, Lənkəran Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 12 rayonun Ağsaqqallar şuralarının sədrləri, həmin rayonların Gənclər və İdman idarələrinin rəisləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon təşkilatlarının sədrləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, bu gün müasir müstəqil Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar kursu milli inkişafın davamlılığına və sürətlənməsinə böyük töhfə verir.
“Ölkəmizdə bütün sahələrdəki inkişaf Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir”, - deyən F.Heydərov Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər özündən sonra bizə böyük bir yol - Heydər Əliyev yolunu yadigar qoyub. Böyük rəhbərin varisi Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.
Azərbaycanda həyatın bütün sahələrində qazanılmış uğurlarda yaşlı nəslin nümayəndələrinin da əməyi olduğunu vurğulayan F.Heydərov ağsaqqalların keçdiyi ömür yolunun gənclərimizə örnək olduğunu diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, bu gün ağsaqqallar gənclərlə bir araya gələrək aktual mövzunu müzakirə edirlər. Ölkəmizdə aparılan uğurlu islahatlar cəmiyyətin dayanaqlı inkişafını təmin etməklə sosial məsələlərin həllinə, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlib.
Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional inkişafın mühüm yer tutduğunu vurğulayan T.Qaraşov regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Lənkəran rayonunda da tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Lənkərana 13 dəfə səfər etdiyini və bu səfərlərin nəticəsi olaraq rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 16 Sərəncamın imzalandığını vurğulayıb.
Dayanıqlı inkişafı təmin etmək üçün ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin mühüm əhəmiyyətə malik olduğunu söyləyən icra başçısı, kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilmiş Dövlət proqramlarının icrası ilə bağlı Lənkəranda görülmüş işlərdən də danışıb.
Konfransda çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, bu gün Azərbaycan özünün inkişaf mərhələsini yaşayır, ölkəmiz heç zaman bugünkü kimi güclü olmayıb. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışan B.Sadıqov ağsaqqalların öz təcrübələrini gənclərlə bölüşməsinin əhəmiyyətini yüksək dəyərləndirib.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, rayonların Ağsaqqallar şuralarının sədrləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon təşkilatlarının sədrləri, Gənclər və İdman idarələrinin rəisləri də çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və qazanılmış uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır.
Diqqətə çatdırılıb ki, gənclər Prezident İlham Əliyevin yeni islahatlar kursunu tam dəstəkləyir və Zəfər Nidasını Qarabağda qoymağa tam hazırdırlar.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30

