Gündən-günə abadlaşan Nərimanov rayonu qış mövsümünə tam hazırdır
25.12.2009 [10:04]
Havaların soyuması ölkəmizə artıq qış fəslinin gəlməsindən xəbər verir. Bakı şəhərində və Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, əhalinin enerji təminatında bəzən müəyyən problemlər yaranır. Həmin problemlərin yaranmaması üçün bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən bu tədbirlər isə cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir. Bu səbəbdən də Bakı şəhərinin rayonlarında qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirləri işıqlandırmaq məqsədilə paytaxtın Nərimanov rayonunda olduq. Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, ölkənin hər yerində olduğu kimi, Nərimanov rayonunda da qış mövsümünə hazırlıq işləri artıq başa çatdırılıb. Rayon təsərrüfatlarının qış mövsümünə hazırlanması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədi ilə Nərimanov RİH başçısının müvafiq sərəncamına əsasən bütün sahələri əhatə edən tədbirlər planı işlənilib hazırlanıb, onların icrasını təmin etmək məqsədi ilə operativ qərargah yaradılıb. Tədbirlər planının icrası zamanı rayon ərazisinin abadlaşdırılması, mənzil fondunun qorunub saxlanılması, mənzil fondu, təhsil, səhiyyə, kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı, əhali və müəssisələr tərəfindən enerji daşıyıcılarına görə ödəmələrin təmin edilməsi, əhalinin fasiləsiz olaraq işıq, qaz, su və digər xidmətlərlə təmin edilməsi diqqət mərkəzində olub.
Enerji təchizatı daha da yaxşılaşdırılıb
Vətəndaşların layiqli həyat şəraiti ilə təmin edilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalətin qorunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir.
Məhz bu səbəbdən də, tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar daha güclü müasir avadanlıqlarla təchiz olunub. ötürücü yarımstansiyalar yeni tipli avadanlıqla təchiz edilib, binalara və mənzillərə gedən naqillər və kabellər yeni yeraltı kabellərlə əvəz olunub. Stansiya və transformator məntəqələrinin yerləşdiyi ərazilər müasir şəkildə abadlaşdırılıb və yeni müasir görkəmdə əsaslı təmir olunub.
Qaz təsərrüfatında çoxlu işlər görülüb, qəzalı vəziyyət yaradan, binaların şaxtalarından keçən qaz xətləri pilləkən qəfəslərinə çıxarılıb, qaz xəttində əsaslı təmir işləri aparılaraq qaztəmizləyici qurğu və avadanlıqlar yerləşdirilib.
Rayon ərazisindəki istilik məntəqələri rekonstruksiya edilərək yeni qazanxanalara çevrilib, modernləşdirilib və daha müasir avadanlıqlarla təchiz edilib, magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilib.
Su və kanalizasiya xətlərində də əsaslı təmir işləri aparılıb, zərurət yaranan hissələr yeniləri ilə əvəz edilib. Görülmüş işlərin nəticəsi olaraq ötən ilin 9 ayı ilə müqayisədə rayonda əhali tərəfindən istifadə edilmiş enerji daşıyıcılarının haqlarının ödənilməsi səviyyəsində xeyli artımın olduğu müşahidə edilib.
Cari ilin 9 ayında 100.194.900 kubmetr təbii qaz satılıb ki, bunun da dəyəri 6.849.370 manat təşkil edir. Satilan qazın dəyərinin 5.818.872 manatı ödənilib, bu da ümumi dəyərin 85 faizini təşkil edir.
ümumilikdə, 9 ayda sənaye müəssisələrinə satılan qazın dəyərinin yığımı 98,2 faiz həcmdə təşkil olunub.
Mənzil-kommunal təsərrüfatları fəaliyyətini gücləndirir
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən tədbirlər planına uyğun olaraq bir sıra işlər görülüb. Belə ki, hesabat dövründə MKTB tərəfindən yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilib və hazırlanan tədbirlər planı əsasında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə başlanılıb. Yaşayış binalarında və evlərdə 3433 kv.m qarışıq dam örtüyü, 733 kv.m şifer dam örtüyü, ümumilikdə isə 4344 kv.m dam örtüyü cari təmir edilib. ümumi istifadə yerlərində 317 kv.m şüşələnmə işləri aparılıb, 134 ədəd qapı, 173 ədəd pəncərə yenisilə dəyişdirilib, yaxud cari təmir edilib. 664 paqonmetr (pm) su borusu, 303 pm çirkab su borusu, 1130 pm yağış suyu axıdan borular cari təmir edilib.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2009-2013-cü illər)”na müvafiq olaraq tərtib edilən “Nərimanov rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi” proqramının icrası ilə bağlı 8 ünvanda (S.Xasıyev adına Mədəniyyət və İstirahət parkı, Heydər Əliyev prospekti 76, Z.Bünyadov prospekti 64/68, A.Heydərov küçəsi 27, A.Nemətulla küçəsi 28 və sairə) abadlıq işləri aparılıb. Bu işlərin gedişi zamanı 8 ədəd istirahət guşəsi, 25 ədəd oturacaq quraşdırılıb. Abadlıq işlərinin gedişi zamanı O.Kərimov küçəsi 42, Ə.Qayıbov küçəsində, Atatürk prospekti 23/25, 39, 17, 19, 21, Z.Bünyadov prospekti 64/68, Heydər Əliyev prospekti 105, E.İsaqzadə adına yaşayış sahəsi 1,9, O.Kərimov küçəsində, Y.V.çəmənzəminli küçəsində və 7-ci Köndələn küçəsində ara yollara 17626 kv.m sahədə asfalt örtüyü çəkilib.
Rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən “Qanunsuz tikililərə qarşı mübarizə komissiyası”nın gördüyü tədbirlər nəticəsində, göstərilən dövr ərzində müxtəlif ünvanlarda qanunsuz çəpərlənmiş sahələr təmizlənib, qeyri-qanuni tikililər sökülüb.
Görülmüş tədbirlər nəticəsində 6 ədəd tikili, 3 ədəd taxta köşk, 2 ədəd talvar və 140 pm uzunluğunda tor, dəmir çəpər və 20 pm daş hasar sökülüb, 2 ədəd zirzəmiyə açılmış qapı oyuğu ləğv edilib.
Rayon ərazisində məişət tullantılarının daşınıb zərərsizləşdirilməsi məqsədilə ayrı-ayrı ünvanlarda əlavə 14 ədəd yeni konteyner meydançası inşa edilib və ərazidə 190 ədəd əlavə konteyner quraşdırılıb.
Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir
Qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, “Bakı Şəhər İşığı” Şəhəri İşıqlandırma Şəbəkə Müəssisəsinin Nərimanov Texniki İstismar rayonu tərəfindən 6072 m kabel, 4750 m naqil, 10 ədəd avtonəqliyyat tərəfindən vurulub və 8 ədəd sink örtüklü dirək, 3269 ədəd lampa, 14 ədəd sarğı, 1072 ədəd, 762 ədəd İZU-250 elementi drossel, 144 ədəd çılçıraq və 5 ədəd kontaktor dəyişdirilib.
Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfındən hesabat dövrü ərzində investisiya planı əsasında 151 ədəd dayaq basdırılıb, müxtəlif markalı 205609 m uzunluqda kabellər çəkilib, 2041 ədəd abonentin sayğacları elektron sayğacla əvəz edilib, 400 ədəd sayğac pilləkən qəfəsinə çıxarılıb. Bundan başqa, 3 ədəd yeni transformator məntəqəsi tikilib və həmin TM-lərdə 5 ədəd təzə transformator quraşdırılıb. Eyni zamanda 4 ədəd Komplekt transformator məntəqəsi yenisi ilə əvəz edilib.
Bununla yanaşı, 70 ədəd transformator məntəqəsində və 33 ədəd komplekt transformator məntəqəsində təftiş və təmir işləri görülüb, 0,4 kv-luq hava xətlərində təmir üçün 2400 m naqil işlədilib, 5600 m uzunluqda 6-10 kv-luq hava xətti təftiş olunub, 0,4 kv-luq yeni kabel xətlərinin çəkilməsi və kabellərin əsaslı təmirinə 3070 m, 6/10 kv-luq kabel xətlərinin əsaslı təmirinə isə 1120 m uzunluqda kabel işlədilib.
Əhali təbii qazdan korluq çəkməyəcək
Rayon Qaz İstismar Sahəsi tərəfindən də qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. Tədbirlər planının icrası məqsədilə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Belə ki, Nərimanov Rayon Qaz İstismar İdarəsi tərəfındən cari ilin 9 ayı ərzində rayon ərazisində qaz təchizatı sistemində qazdan istifadə qaydalarının pozulması, onları doğuran səbəblər, istehlakçılar tərəfindən və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının gücləndirilməsi haqqında tədbirlər planına uyğun olaraq müvafıq işlər görülüb. Bununla yanaşı, rayonun müxtəlif ünvanlarında yeni magistral qaz kəmərləri çəkilib, Qaz Tənzimləyici Şkaf və Qaz Tənzimləyici Məntəqələr təftiş edilib, mövcud qaz kəmərləri boyanıb. Ə.Əliyev küçəsi 51/59 ünvanında qaz təchizatını yaxşılaşdırmaq məqsədilə uzunluğu 70 pm, diametri isə 50 mm olan qaz kəməri çəkilərək mövcud qaz kəməri ilə dairəvi birləşdirilib. Bakuvi küçəsində diametri 50 mm olan orta təzyiqli qaz kəmərində əsaslı təmir işləri aparılıb. F.Əsədov küçəsi 23 ünvanında istismara yararsız olan Qaz Tənzimləyici Şkaf yenisi ilə əvəz olunub. Təbriz küçəsi 19 “B”, 19 “V” saylı binaların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 57 mm olan qaz kəməri dairəvi birləşdirilib.
Bundan əlavə, M.Nağıyev küçəsi 48 “A”, 48 “B”, 48 və 46 saylı ünvanların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 89 mm olan qaz kəməri çəkilib və onun üzərində bir ədəd Qaz Tənzimləyici Şkaf quraşdırılıb.
Böyük Şor qəsəbəsində yaşayan əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Böyük Şor-105, 133, 37B ünvanlarında istismara yararsız olan Qaz Tənzimləyici Şkaflar ləğv edilərək əvəzinə yeniləri quraşdırılıb. Hesabat dövründə, həmçinin, 299 ədəd Qaz Tənzimləyici Şkaf, 92 ədəd Qaz Tənzimləyici Qurğu və 35 ədəd Qaz Tənzimləyici Məntəqədə profilaktik xidmət aparılıb. Cari ilin ötən 9 ayı ərzində 216 ədəd Qaz Tənzimləyici Şkaf, 299 ədəd Qaz Tənzimləyici Qurğu, 30 ədəd Qaz Tənzimləyici Məntəqədə təftiş işləri görülüb.
Bütün bunlar əhalinin qış mövsümündə təbii qazla təminatında öz müsbət təsirini göstərəcək.
İstilik təchizatındakı problemlər aradan qaldırılıb
İstilik təchizatı problemlərinin aradan qaldırılması və istilik təchizatının təkmilləşdirilməsi ilə əlaqədar olaraq Nərimanov rayonunda müvafıq tədbirlər görülüb. Rayonun İstilik Sistemləri İstismar Sahələri tərəfindən mərkəzi və məhəllədaxili istilik kəmərləri yuyularaq hidravlik sınaq keçirilib, aşkar edilən qüsurlar aradan qaldırılıb.
Məhəllədaxili və mərkəzi istilik şəbəkəsində müxtəlif dimetrli istilik kəməri əsaslı təmir edilərək yeni borularla dəyişdirilib, yaşayış binalarında aşağı paylayıcı xətlərdə əsaslı təmir işləri başa çatdırılıb, ehtiyat su çənləri əsaslı təmir edilib, istilik kameraları, qazanxananın hamısında tüstü yolları təmizlənib, eləcə də digər avadanlıqlar yoxlanılaraq işlək vəziyyətə gətirilib.
Görülmüş tədbirlər nəticəsində 2009-2010-cu ilin qış mövsümündə 325 yaşayış binası, 20 məktəb, 17 uşaq bağçası, 10 səhiyyə obyekti və 6 digər obyekt istiliklə təchiz olunacaq.
Həmçinin, 8 yaşayış binasının həm aşağı paylayıcı istilik sistemi, binadaxili istilik sistemi, həm də qazanxanadan binalara gedən mərkəzi istilik xətləri əsaslı təmir olunub.
118 saylı qazanxana modernləşdirilərək yeni müasir tipli qazanxanaya çevrilib.
İçməli suya olan tələbat tam ödənilir
Rayon əhalisinin içməli suya olan tələbatının fasiləsiz ödənilməsi istiqamətində də keçən müddət ərzində məqsədyönlü tədbirlər həyata keçirilib.
Nərimanov rayon Su Kəməri İstehsalat İstismar Zonası tərəfındən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 1872 pm uzunluqda boru kəməri dəyişdirilib, 11 ədəd nasos və mühərrik, həmçinin, 17 ədəd siyirtmə təmir olunub. Həmçinin, 27 ədəd su anbarı yuyulub, təmizlənib və dezinfeksiya edilib.
Nərimanov rayon Kanalizasiya Qəza Sahəsi tərəfındən müxtəlif ünvanlarda 95 pm uzunluqda magistral kanalizasiya boruları yenisi ilə əvəz olunub. Bundan başqa, 29,4 km uzunluqda şəbəkələr yerüstü yoxlanılıb, 25211 pm kanalizasiya şəbəkələri, 5197 pm leysan şəbəkələri, 719 ədəd baxıcı quyular və 487 ədəd barmaqlıqlar təmizlənib, 7 ədəd kanalizasiya örtüyü və 6 ədəd barmaqlıq yenisi ilə əvəz olunub.
Təhsil müəssisələri də diqqət mərkəzindədir
Görülmüş tədbirlər onu deməyə əsas verir ki, rayonun təhsil müəssisələrini qış mövsümündə istilik təchizatı ilə bağlı heç bir problem gözləmir.
Tədbirlər planı çərçivəsində rayon ərazisində fəaliyyət göstərən 20 orta məktəbin və 17 uşaq bağçasının istiliklə təchiz olunması məsələsi öz həllini tapıb.
Qışa hazırlıq dövründə 307 və 64 saylı uşaq bağçalarının aşağı paylayıcı istilik sistemində, binadaxili istilik sistemində əsaslı təmir işləri aparılıb.
Qazanxanadan uşaq bağçalarına çəkilmiş yeni istilik xəttinin sayəsində istiliklə təchiz olunan uşaq bağçalarının sayı artırılıb. 71, 37, 80 saylı uşaq bağçalarının istilik sistemində isə cari təmir işləri görülüb.
Müəssisə və təşkilatlarda da qışa hazırlıq işləri başa çatdırılıb
Hesabat dövründə rayon ərazisindəki bir sıra müəssisə və təşkilatlarda da qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülüb.
Qeyd edək ki, rayon ərazisində yerləşən, ayrı-ayrı şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal İstismar Sahələri tərəfindən müxtəlif ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilib, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilib, həyətlərdəki oturacaqlar və məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənib.
Bir sözlə, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binaları, idarə və müəssisələr, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istiliklə və digər kommunal xidmət növləri ilə təmin edilməsi üçün maksimum tədbirlər həyata keçirilib. Bütün görülmüş işlər qış mövsümündə rayon əhalisinin rahatlığının təmin edilməsinə yönəldilib.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
