Bu il bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb
22.10.2019 [11:13]
Alıcılar daha çox cökə balı almağa üstünlük veriblər
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) təşkilatçılığı ilə 28 sentyabr-18 oktyabr tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən Arıçılıq məhsullarının 20-ci Respublika sərgi-satış yarmarkası başa çatıb. Bu gün Aqrar Tədqiqatlar Mərkəzində yarmarkanın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Leyla Məmmədova bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyasının da dəstək verdiyi yarmarkada ölkəmizin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Yarmarkada iştirak edən hər arıçıya satışa bir arı ailəsi üzrə 10 kiloqram olmaqla, maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
“Builki yarmarka öz innovativliyi ilə əvvəlki yarmarkalardan fərqlənib. Belə ki, yarmarkaya qeydiyyat 6-11 sentyabr tarixlərində, tamamilə onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsilə həyata keçirilib. Balların qəbulu prosesi isə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Xocasən yolu, 57 ünvanında yerləşən anbarında aparılıb. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb”, - deyə o bildirib.
Leyla Məmmədovanın sözlərinə görə, bu il ilk dəfə satışa çıxarılan hər bir arıçılıq məhsulunun üzərində ştrix-kod yerləşdirilib ki, bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq aldıqları məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını, eyni zamanda, məhsulun tərkibi və laboratoriya göstəricilərini öyrənə bilib.
Leyla Məmmədova bildirib ki, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla, 136,1 ton arıçılıq məhsulu qəbul edilib. AQTA tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində, ümumilikdə, 109,7 ton arıçılıq məhsulundan 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib.
Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yarmarkanın təşkili və müştəri məmnunluğu səviyyəsini müəyyənləşdirmək məqsədilə alıcılar və satıcılar arasında rəy sorğusu keçirilib. Aqrar Tədqiqatlar Mərkəzinin data analitika bölməsinin bölmə rəhbəri Fidan Cabbarlı sorğunun nəticələrini açıqlayıb: “Bal yarmarkasında iştirak edən ölkənin müxtəlif rayonlarından olan 290 fermer arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 95,52 faizini kişilər, 4,48 faizini qadınlar təşkil edib. Sorğuya cəlb olunan satıcıların 94,48 faizi yarmarkanın yüksək səviyyədə təşkil olunduğunu bildirib, respondentlərin yalnız 5,52 faizi yarmarkanın təşkilindən qismən razı qaldıqlarını bəyan ediblər”.
Fidan Cabbarlı qeyd edib ki, yarmarkanın 5 ballıq sistem üzərindən qiymətləndirilməsi məqsədilə 2475 alıcı arasında sorğu keçirilib. Alıcıların 87 faizi arıçılıq məhsullarının qiymətlərindən razı olduğunu, 11 faizi qismən razı olduğunu bəyan edib, respondentlərin 2 faizi isə qiymətlərin onları qane etmədiyini vurğulayıb. Sorğu nəticəsində məlum olub ki, rəyi soruşulan alıcılardan 747 nəfər arıçılıq məhsulları üçün 25-50 manat, 741 nəfər 50-100 manat, 364 nəfər 100-150 manat, 305 nəfər 0-25 manat, 159 nəfər 150-200 manat, 138 nəfər 200 manat və daha artıq pul xərcləyib. Təhlillər onu göstərir ki, alıcılar daha çox cökə, çiçək, dağ, meşə və şabalıd balı almağa üstünlük verir. Belə ki, alıcıların 1147 nəfəri cökə, 983 nəfəri çiçək, 622 nəfəri dağ, 546 nəfəri meşə və 138 nəfəri şabalıd balı alıb.
Sorğuda iştirak edən 1709 alıcı yarmarka ilə bağlı məlumatı KİV vasitəsilə əldə etdiklərini vurğulayıb.
Qeyd edək ki, yarmarkanın son günündə ATT tərəfindən 321 arıçı yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı”, 38 arıçı nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçı isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

