Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilib
01.10.2019 [09:27]
1992-ci ildə yaranmış “Babək 44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib. Müdafiə Nazirliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tərtər rayon Mədəniyyət Mərkəzində “Babək 44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. Təqdimatdan əvvəl respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Filmin ideya rəhbəri, ehtiyatda olan zabit Nazim Quliyev çıxış edərək, “Babək-44” taboru və film haqqında məlumat verib. Bildirib ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqla seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilib.
Sonra filmə baxış olub. Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.
Tədbir iştirakçıları N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşüblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında keçmiş döyüşçülərin görüşünün təşkilini və “Babək 44” taboru haqqında çəkilmiş filmi yüksək qiymətləndirib, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, xalqla ordunun monolit birliyindən bəhs edib. Bildirib ki, Qarabağ müharibəsi zamanı igidliklə döyüşmüş tərtərlilər bu gün də öz doğma torpaqlarında mətin dayanıb və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda döyüşə atılmağa hər an hazırdırlar.
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov, “Babək 44” taborunun ilk komandirləri Elxan Qəniyev, Abukər Mirzəyev və başqaları çıxış edərək, taborun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan ordusunun qüdrətindən danışıblar. Çıxışlarda hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının hər an müqəddəs savaşa hazır olduğu bildirilib.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara və “Babək 44” taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin mahnı və rəqs ansamblının, Gəncə qarnizonunun ideoloji və mədəniyyət mərkəzinin və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam edib. Sonda hərbi hissənin şəxsi heyəti ilə birgə nahar olub.
“Babək 44” taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

