“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23.08.2019 [09:30]
“Nar”, 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib. Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”-ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.
Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.
Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqlandığı mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib: “Nar” olaraq əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaq və hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü raqabət mühitində biz müştəri yönümlü strategiyamızı uğurla davam etdirmişik və müştəri məmnuniyyətində artıma nail olmuşuq. Müştərilərə göstərdiyimiz yüksəkkeyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”.
“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7%-i bir dəqiqə ərzində cavablandırılıb.
2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

