İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17.08.2019 [09:57]
Təhmin Muradov: Ən böyük arzum gələcəkdə peşəkar həkim olmaqdır
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən qəzetimizə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Bunlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan da 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 nəfər (o cümlədən 2956 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Həmin gənclərdən biri də IV ixtisas qrupu üzrə 400 bal toplayan Bərdə rayonu 5 saylı şəhər orta məktəbinin məzunu Təhmin Muradovdur. Respublika fənn olimpiadalarında qızıl medal qazanıb. Bundan başqa, “Əlaçı” intellektual telelayihənin qalibi olub. “Yeni Azərbaycan” qəzetinə açıqlama verən rekordçu Tibb Universitetinin müalicə işi fakültəsini seçib: “İmtahandan çıxanda yaxşı olacağını bilirdim, amma 400 bal toplayacağımı düşünmürdüm. Bu, həm valideynlərimin, həm də müəllimlərimin əziyyətinin nəticəsidir. Buraxılış imtahanından 294,6 bal toplamışdım. Ümumilikdə nəticəm 694,6 baldır. Sualların hamısı dəqiq cavab tapıla biləcək tapşırıqlar idi. Çətin suallar olsa da, hamısını cavablandırmaq olardı. Əgər planlaşdırılmış şəkildə çalışırsınızsa, yeni qaydalarda təşkil olunan imtahanlar o qədər də çətin deyil. Ən böyük arzum gələcəkdə peşəkar həkim olmaqdır”.
Məktəbi qızıl medalla bitirən rekordçumuza ən böyük stimul verən isə böyük qardaşı olub. Belə ki, Təhmin Muradovun böyük qardaşı iki il əvvəl rayon üzrə ən yüksək nəticə göstərərək 695 balla Tibb Universitetinə qəbul olub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

