Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir
16.07.2019 [19:52]
Bakıda "Super Sun" yağı və "Azerçay" markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir. Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu bildirib.
Daha sonra çxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək, təşəkkürünü bildirib. Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə də məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu deyib. O, Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına uğurlar arzulayıb.
Dünya İslam Kulinariya Konqresində atılmış daha bir önəmli addım isə "Hilal Star" mükafatının təsisi və ilk dəfə təqdim edilməsi olub. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən "Mişlen ulduzu"nun İslam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən "Turan" restoranına təqdim edilib.
18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Azerçay" və "Super Sun" markaları daim azərbaycanlı kulinarlara dəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalq yarışlarda "Super Sun" yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ən yüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış "Azerçay" markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur, üzərində daşıdığı "Made in Azerbaijan" yazısını layiqincə daşıyaraq ölkəmizi yüksək səviyyədə təmsil edir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31

