“Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” monoqrafiyasının təqdimatı olub
13.07.2019 [10:15]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci və anadan olmasının 96-cı ildönümünə həsr edilən “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” monoqrafiyasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə təqdimatı keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin deputatları, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov müstəqillik illərində ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası sahəsində əldə olunan uğurların məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu gün də həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrdən söz açan rektor Ulu Öndərin tövsiyələrinin UNEC-in inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən olunduğunu qeyd edib. O, UNEC-in 90 illik yubileyində Ulu Öndərin verdiyi tapşırıqlara və bu tapşırıqların icrasına həsr olunan yeni kitabın hazırlanacağını deyib. Ə.Muradov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin hələ uzun illər tədqiq ediləcəyini vurğulayıb, Ulu Öndərinin irisinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasının UNEC-in öz üzərinə götürdüyünü bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. Akademik UNEC professorlarının hazırladığı dəyərli monoqrafiyada Ulu Öndərin iqtisadi inkişaf strategiyasının bütün məqamlarının dərin təhlil olunduğunu bildirib.
AMEA-nın müxbir üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev Heydər Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, monoqrafiyada Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasını əks etdirən və mühüm faktlara əsaslanan məqalələrin yer aldığını vurğulayıb.
UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov monoqrafiyada Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumi və xarakterik cəhətləri, prioritetlərinin sistemli şəkildə təhlil olunduğunu bildirib. Professor monoqrafiyanın müasir Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafının mənbələrini, hərəkətverici qüvvələrini daha dərindən və aydın dərk etməyə imkan verdiyini diqqətə çatdırıb.
Tədbirdə AMEA-nın müşaviri, akademik Əli Abbasov Ulu Öndər Heydər Əliyevin elm və təhsilin, bilik və informasiya resurslarının inkişafında, eləcə də insan kapitalının formalaşmasındakı rolundan bəhs edib. UNEC professorlarının hazırladıqları monoqrafiyada iqtisadiyyatın bütün sahələri ilə yanaşı, bilik və informasiya resurslarına əsaslanan yeni iqtisadiyyatın qurulması barədə məqalələrin yer aldığını, həmçinin çox mühüm nəticələr əldə olunduğunu qeyd edib. Akademik monoqrafiyanı Ulu Öndər Heydər Əliyevin sosial iqtisadi siyasətinə verilən qiymət kimi dəyərləndirib.
Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Rüfət Quliyev, UNEC-in professoru Arif Şəkərəliyev Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əhəmiyyətindən danışıblar. Monoqrafiyanın bu strategiyanın təbliğ olunması istiqamətində dəyərli töhfə olacağı vurğulanıb.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

