“Azərsu” ASC tərəfindən Kür Sutəmizləyici Qurğuları Kompleksinə infotur təşkil edilib
12.07.2019 [09:39]
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə təşkil edilən mediatur zamanı jurnalistlər kompleksin fəaliyyəti ilə tanış olublar
İyul ayının 10-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Kür Sutəmizləyici Qurğuları Kompleksinə infotur təşkil edilib.
İnfotur zamanı jurnalistlər Hacıqabul rayonunda yerləşən Kür Sutəmizləyici Qurğuları Kompleksində suyun təmizlənməsi prosesi ilə tanış olublar. Eyni zamanda, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri Telman Ağayev, Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov və “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı kompleksin tarixi, hazırkı fəaliyyəti barədə jurnalistlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri, vaxtilə Kür sutəmizləyici qurğularının və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev bildirib ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu: “Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında ciddi çətinliklər olurdu. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yarandı. Bu vəziyyət SSRİ Nazirlər Sovetinin 1968-ci ildə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına başlanması barədə qərar qəbul etməsinə gətirib çıxardı, lakin işlər olduqca ləng gedirdi”.
T.Ağayevin sözlərinə görə, 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürüb. Ulu Öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilib və işlər sürətləndirilib. Bu genişmiqyaslı fəaliyyət nəticəsində işlər qısa müddətdə başa çatdırılıb: “Kür su magistral kəmərinin birinci növbəsi 1970-ci il sentyabr ayının 27-də istifadəyə verilib. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci növbəsinin daha tez reallaşmasına gətirib çıxarıb və cəmi bir il sonra, yəni 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verilib”.
T.Ağayev onu da vurğulayıb ki, Kür su kəməri kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. İkinci növbə çərçivəsində mərhələlərlə Bakıya daha üç magistral su kəməri çəkilib.
“Azərsu” rəsmisinin məlumatına görə, yenə Ümummilli Lider Heydər Əliyevin böyük qətiyyəti nəticəsində 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.
Daha sonra T.Ağayev Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu sahədə görülən işlərdən bəhs edib. Bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artıb: “Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaradır. Məhz bu məqsədlə 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub”.
O da qeyd olunub ki, 2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşrutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib. Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü il aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı il sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsi təmin olunub. Gələcəkdə bu kəmərdən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur.
Ən nəhayət, 2014-cü il dekabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad-Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 2017-ci il martın 28-də isə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib. Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya olan tələbatını ödəyəcək.
Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov isə Kür Sutəmizləyici Qurğuları Kompleksində suyun təmizlənməsi prosesi haqqında məlumat verib. Onun sözlərinə görə, Kürün suyunun təmizlənməsi 3 mərhələdə həyata keçirilir: “Üzən nasos stansiyaları vasitəsilə Kür çayından götürülən su əvvəlcə radial su durulducularına ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. 2-ci mərhələdə su üfüqi (horizontal) durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə kvars qumu süzgəclərində standartlara uyğun təmizlənən su anbara ötürülür. Burada xlorlanaraq zərərsizləşdirilən su nasoslar vasitəsilə magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur”.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə məlumat verib ki, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib: “Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir”.
“Azərsu” ASC-nin sözçüsü onu da bildirib ki, Ümummilli Liderin Azərbaycanın su sektorunda “şah əsəri” sayılan Kür Sutəmizləyici Qurğuları Kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır, o cümlədən paytaxt Bakı şəhərinin təxminən 10 faiz əhalisini içməli su ilə təmin edir.
Xatırladaq ki, Kür Sutəmizləyici Qurğuları Kompleksinə təşkil olunan infoturda ölkənin 25-dən çox aparıcı media qurumunun təmsilçiləri iştirak ediblər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

