/ / Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı keçirilir
Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı keçirilir
01.06.2019 [10:10]
Mayın 31-də Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və ICLEL-in (International Conference on Lifelong Education and Leadership) dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən rektor Ədalət Muradov UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində görülən işlərdən danışıb. Professor Ədalət Muradov müəllimlərin “Web of Science”da çap olunan məqalələrinin 76 faizinin məhz son 4 ilin payına düşdüyünü bildirib. Rektor UNEC-də iqtisadiyyat elminin aktual problemlərini araşdıran 26 tədqiqat mərkəzinin yaradıldığını, həmin mərkəzdə aparılan tədqiqatın nəticələrinin məşhur “Şpringer” nəşriyyatında çap olunduğunu vurğulayıb. Rektor magistr və tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə UNEC-də mükafatlandırma sisteminin yaradılmasından söz açıb. Bildirib ki, impakt dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər. UNEC-in ikili diplom proqramlarından danışan rektor qeyd edib ki, yeni tədris ilindən UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə magistratura pilləsi üzrə ikili diplomu reallaşdırılacaq.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov bildirib ki, bilik iqtisadiyyatı dövründə hərtərəfli inkişafın təmin ediməsində elm və təhsilin rolu artmaqdadır. Yeni biliklər, tətbiq edilən texnologiyalar və onların nəticələri iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdə mühüm amillərdir. Rəqabətin kəskinləşdiyi və qloballaşdığı bir şəraitdə insan kapitalının inkişafının, innovasiyaya əsaslanan ekosistemin qurulmasının zəruriliyini anlayan ali təhsil müəssisələri və elmi-tədqiqat institutları yeni təşəbbüslər, innovativ yanaşmalarla seçilməyə çalışdı və bununla da öz sahələrinin prioritet istiqamətlərini elan etdilər. Danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edilib, 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ali məktəblərdə 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edir. Hazırda magistratura səviyyəsində qəbul dinamikası müşahidə olunur.
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, BMDM-də 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılır. Mərkəzdə 1200-dək yerli və əcnəbi magistr təhsil alır. UNEC-in magistrlərinin 4 məqaləsi “Web of Science”də indeksləşmiş jurnallarda dərc olunub. Konfransa yerli və əcnəbi magistrlər tərəfindən 385 məqalə tədim edilib.
Plenar iclasda UNEC magistrləri 4 dildə təqdimatla çıxış ediblər.
Sonda təhsil naziri Ceyhun Bayramov magistrlərə sertifikatları təqdim edib.
İyunun 2-dək davam edəcək konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdən olan gənclər bir araya gələrək, magistr tədqiqatlarının nəticələrinin paylaşılması, elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

