UNEC TEC konfransı: İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır
15.05.2019 [09:46]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır” mövzusunda konfrans keçirilib.
“Boulevard Hotel Baku”da təşkil olunan elmi konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, tələbə təşkilatlarının rəhbərləri, ölkə ali təhsil müəssisələrinin TEC sədrləri iştirak ediblər.
UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan söz açıb. Heydər Əliyevin gənclərin yüksəkixtisaslı və peşəkar kadrlar kimi hazırlanmasına ciddi önəm verdiyini diqqətə çatdıran S.Yaqubov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkə başçısının elm və təhsil sahəsindəki müvafiq fərman və sərəncamlarından irəli gələn dövlət proqramlarının icrasına uyğun olaraq, son illərdə UNEC-də iqtisad elminin və təhsilinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan S.Yaqubov UNEC-də müəllim və tələbələrin elmi fəaliyyətinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunub. UNEC-in pedaqoji heyətinin nüfuzlu elmi bazalara daxil olan jurnallarda məqalələrinin sayının nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib.
Nazir müavini İntiqam Babayev Ulu Öndərin zəngin həyat və fəaliyyətinin hər zaman gənclər arasında təbliğ və tədqiq edilməsinin zərurliyini vurğulayaraq, elmi konfrasın keçirilməsinin bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib. İ.Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni hədəflərə və çağırışlara hesablanan dövlət siyasətinin tərkibində insan kapitalının önə çəkildiyini, gənclərin bilikli və savadlı olması məqsədilə uğurlu addımların atıldığını qeyd edib. Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi, onlar arasında sahibkarlığın təşviq edilməsi istiqamətində görülən işlərə toxunan İ.Babayev UNEC ilə nazirlik arasında həyata keçirilən layihələrdən söz açıb. UNEC tələbələrinin bilik və bacarıqları həm ölkədə, həm də beynəlxalq miqyasda rəqabətədavamlı mütəxəssislər olacaqlarından əminliyini ifadə edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan gəncliyinin ölkədə gedən bütün proseslərdə fəal iştirak etdiyini bildirib. Hər bir dövlətin gücünün onun intellektual potensialında olduğunu, bunun isə elm və təhsilin hesabına formalaşdığını diqqətə çatdıran F.Qurbanov əmək bazarının tələbinə uyğun mütəxəssis kimi yetişmək üçün fundamental biliklərə yiyələnməyin vacibliyini qeyd edib.
Konfransda UNEC “Emprik tədqiqatlar mərkəzi”nin rəhbəri, “Beynəlxalq iqtisadiyyat” məktəbi üzrə TEC elmi rəhbəri Xətai Alıyev “Uğurun açarı: Tədqiqat marağından elmin zirvəsinə”, TEC sədri Nərmin Heydərova “Tələbə Elmi Cəmiyyətinin bu günü” mövzularında çıxış ediblər.
Konfransda respublika gənclərinin elmi potensialının artırılması, universitetlərində fəaliyyət göstərən TEC-lərin işinin təkmilləşdirilməsi və düzgün koordinasiyası məqsədilə UNEC TEC tərəfindən Azərbaycan Tələbə Elmi Cəmiyyəti Alyansının (ATECA) yaradılması təklifi irəli sürülüb.
Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23

