Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xalça Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Xalça Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

02.05.2019 [09:46]

Mayın 1-də Azərbaycan Xalça Muzeyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru, ICOM-un (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova dahi lider Heydər Əliyevin bütün ömrünü Azərbaycan xalqına həsr etdiyini diqqətə çatdırıb. Ölkəmizdə xalçaçılıq sənətinin dirçəlməsi, Azərbaycan mədəniyyətinin intibahı məhz Onun diqqət və qayğısı sayəsində mümkün olub. Ş.Məlikova deyib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. O qeyd edib ki, xalqımızın Ümummilli Liderinin müdrik siyasəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş və qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra üzərində Ulu Öndər Heydər Əliyevin rəsmi olan xalçanın təqdimatı olub. Portretin müəllifi Xalq rəssamı Kamil Əliyevdir.
Tədbir konsert proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31