/ / Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
26.04.2019 [09:46]
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, DQİDK-nın sədri Mübariz Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib.
Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi olduğunu bildirən Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin Fransaya 1993-cü ildəki səfərini xatırladıb, ölkələrimiz arasında əməkdaşlığın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini qeyd edib.
Ölkələrimiz arasında humanitar yönümlü əlaqələrin də mövcudluğundan danışan Mübariz Qurbanlı 2015-ci ildə Fransaya səfəri zamanı keçirdiyi görüşləri xatırladıb. O, səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda, bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə ərazisində 33-ü qeyri-islam (xristian - 22; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllü olmaqla 925 dini icma dövlət qeydiyyatına alınıb. Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır.
M.Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycanda multikultural mühitin inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi ölkənin gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.
Qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandıran Komitə sədri dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılan mübarizə tədbirləri barədə danışıb. Bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını diqqətə çatdıran M.Qurbanlı son dövrlərdə Yeni Zelandiya və Şri-Lankada baş verən amansız terror aktlarının bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu deyib.
Söhbət zamanı Azərbaycan həqiqətlərinə toxunan komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dini-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını da qonağın diqqətinə çatdırıb.
Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel Azərbaycanı müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanların birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunə adlandırıb. Qonaq ölkəmizin sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Jan-Kristof Posel məhz ölkəmizə səfərinin məqsədinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq konfransda iştirak etmək olduğunu deyib.
Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17

