/ / Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrlə əlaqədar Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrlə əlaqədar Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
10.04.2019 [09:34]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə aprelin 9-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov dövlətimizin başçısı tərəfindən əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasına yönəlmiş institusional tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin humanist siyasətinin təzahürü olan, mühüm strateji əhəmiyyətə malik bir sənəd kimi ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə təkan verən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulayan baş prokuror sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.
Həmin Sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrupu tərəfindən təkliflərin hazırlandığını, həmin təkliflər əsasında hazırlanmış qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim edildiyini, həmin layihənin qəbul olunaraq 2017-ci il 1 dekabr tarixdən qüvvəyə mindiyini qeyd edən baş prokuror yeni qanunla Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edildiyini, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırıldığını, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirildiyini, 152 növ cinayətlərin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Baş prokuror Zakir Qaralov həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluğun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işləri üzrə son dövrlərdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə vəsatət və təqdimatların verilməsi zamanı yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı martın 12-də Baş Prokurorluğun bütün struktur qurumlarına və respublikanın müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının rəhbərlərinə göstəriş xarakterli məktubun göndərildiyini nəzərə çatdırıb.
Müşavirədə Fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə aprelin 4-də Baş Prokurorluqda İşçi Qrupun yaradıldığını qeyd edən Zakir Qaralov cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsinin zəruriliyini vurğulayıb.
Fərmanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinə münasibət bildirən baş prokuror cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istintaq edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Əməliyyat müşavirəsində baş prokuror Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.
Müşavirədə baş prokurorun müavini Namiq Əsgərov, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, baş prokurorun köməkçiləri Toğrul Muxtarov və Zaur Axundzadə çıxışlarında Fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıblar.
Tədbirin sonunda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədar Baş Prokurorluqda həmin Fərmanın tələblərindən irəli gələn vəzifələrin vaxtında və səmərəli yerinə yetirilməsi istiqamətində qanun layihələrinin hazırlanaraq təqdim olunması təmin ediləcək.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

