/ / AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
30.01.2019 [10:02]
Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir. Son 25 il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq regionun enerji və nəqliyyat mərkəzinə çevrilmiş Azərbaycan da artıq 4-cü sənaye inqilabının astanasındadır və iqtisadiyyatın rəqəmsallaşması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra edilir. Hazırda Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə şirkəti olan AzerTelecom Azərbaycanın regionun “Rəqəmsal Məkəz”inə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.
Azerbaijan Digital Hub proqramının əsas hədəfləri
“Azerbaijan Digital Hub” proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.
“Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Ölkəmizin regionda İnternetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlər ilə yanaşı Bakının da əlavə olunması deməkdir. Bu proqram həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə də şərait yaradacaq.
“Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin hökumətinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” layihəsində Azərbaycanın da iştirakına töfhə verəcək. “Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafı, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da “Rəqəmsal Mərkəz” kimi “Belt and Road Initative” qlobal layihəsinin bir hissəsinə çevrilir.
“Azerbaijan Digital Hub” proqramının reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Dünyanın qlobal tranzit magistral şəbəkələrinin Azərbaycanda kəsişməsi ilə yanaşı Azərbaycanda bu regionun ən böyük Data Mərkəzi də qurulacaq. AzerTelecom artıq “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisinə başlayıb və müvafiq investisiya qoyuluşları həyata keçirilib. Bu imkan verir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlərin Azərbaycanda kəsişməsi reallaşsın.
Proqram mühüm üstünlüklərə sahibdir
“Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün mühüm üstünlükləri vardır. Yuxarıda qeyd olunanlarla yanaşı bu üstünlüklər həmçinin ondan ibarətdir ki, dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaranacaq, regionda rəqəmsal logistik mərkəz qurulacaq, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və onun inkişafına güclü təkan verilməklə rəqəmsal iqtisadiyyata töhfə veriləcək. Proqramın icrası elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsiziliyinin təmin edilməsinə də töhfə verəcək.
Həmçinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal sahədə yeni iş yerləri yaranacaq, hər-hansı intellektual beyinlərin axınının qarşısının alınması və xaricdə olan savadlı Azərbaycanlı mütəxəssislərin geri dönüşü üçün yeni imkanlar açılacaq və Azərbaycanda startapların inkişafı və onların ölkədə qalması üçün münbit bir ekosistem formalaşacaq. Proqram həmçinin kiçik və orta sahibkarlığın inkişafına və Azərbaycanda Rəqəmsal İqtisadiyyatın inkişafına töhfə verəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

