Zaqatala Bölgə Təcrübə Stansiyası fermerləri keyfiyyətli toxumla təmin edir
04.01.2019 [10:31]
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nazirliyin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Bölgə Təcrübə Stansiyası uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərinin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır. 1924-cü ildə Zaqatala tütün dayaq stansiyasının bazasında yaradılan müəssisə 1950-ci ildən Elmi-Tədqiqat Əkinçilik İnstitutunun tabeçiliyinə verilib.
Bitkiçilikdə məhsuldarlıq keyfiyyətli toxumdan çox asılıdır
AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimovla görüşüb, müəssisədə toxumçuluğun inkişafı ilə bağlı görülən işlərlə tanış olub, nəzərdə tutulan tədbirlər barədə maraqlanıb.
Müsahibimiz bildirib ki, stansiyanın əsas təsərrüfat fəaliyyəti dənli taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, yüksək reproduksiyalı super elit və elit toxumların artırılması, eyni zamanda, yeni sortların yaradılması və toxumçuluq təsərrüfatlarına tövsiyə edilməsindən ibarətdir. Stansiya, həmçinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu tərəfindən göndərilən yeni buğda və arpa sortları üzərində də elmi-tədqiqat işləri apararaq sınaqdan keçirir, gələcəkdə Şəki-Zaqatala bölgəsində rayonlaşdırılması məqsədəuyğun olan taxıl sortlarının ilkin toxumçuluğu ilə məşğul olur. Rayonlaşdırılmış qarğıdalı sortları respublikada yalnız Zaqatala Bölgə Təcrübə Stansiyasında yetişdirilir.
Stansiyada quraşdırılan toxumtəmizləmə qurğusundan fermerlər də faydalanırlar
Stansiya direktorunun sözlərinə görə, 2018-ci ildə müəssisədə ildə 200 tonadək toxum istehsal etmək gücünə malik toxumtəmizləmə qurğusu quraşdırılıb. Bu qurğunun köməyi ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması həyata keçirilir. Ötən il müəssisədə 93,1 ton super elit və elit buğda, 24 ton arpa toxumu istehsal edilərək Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında taxılçılıqla məşğul olan rayonların toxumçuluq təsərrüfatına verilib. Eyni zamanda, keçən il müəssisədə 32 ton yüksək reproduksiyalı qarğıdalı toxumu da istehsal edilib. Stansiyada quraşdırılan toxumtəmizləmə qurğusundan yerli fermerlər də faydalanıb. Rayonda fəaliyyət göstərən “Muxax” İstehsal Kooperativi ötən il stansiyada 40 ton toxum təmizlədib.
Stansiyada yeni məhsuldar, xəstəliklərə davamlı tütün sortlarının yaradılması istiqamətində iş aparılır
Nəbi Kərimov bildirib ki, hazırda Bölgə Təcrübə Stansiyasında 2 şöbə - Bitki seleksiyası və toxumçuluğu və Əkinçilik və bitki diversifikasiyası şöbələri fəaliyyət göstərir. Birinci şöbədə Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotok və ekstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi, Şəki-Zaqatala bölgəsində tezyetişən qarğıdalı sort və hibridlərinin seleksiyası istiqamətində elmi-tədqiqat işləri həyata keçirilir.
Əkinçilik və bitki diversifikasiyası şöbəsində aparılan elmi-tədqiqat işləri isə Şəki-Zaqatala bölgəsinin torpaq-iqlim şəraitinə uyğun yeni məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı tütün sortlarının yaradılması sahəsini əhatə edir.
Müəssisə rəhbərinin məlumatına görə, aparılan təcrübə onu göstərir ki, Zaqatalada istehsal olunan yerli tütün sortlarının məhsuldarlığı xaricdən gətirilən sortlardan iki dəfə çoxdur. Lakin Amerika və Avropadan gətirilən tütün sortları, o cümlədən “Virciniya” növlü ətirli tütün keyfiyyətinə görə daha qiymətli hesab olunur. Belə tütünə tələbat da çoxdur. Ətirli tütünün qurudulması daha asan və əlverişlidir. Sahələrdən dərilən tütün birbaşa emal məntəqəsinə gətirilir və qurutma kameralarına qoyulur. Yerli tütün sortları isə əl əməyindən istifadə edilməklə, ipə düzülərək açıq havada qurudulur. Hazırda stansiyada yerli şəraitə uyğunlaşdırılmış məhsuldar və qiymətli tütün sortlarının yaradılması istiqamətində iş davam etdirilir.
Bu il Bölgə Təcrübə Stansiyasında sınaq üçün ilk dəfə qarabaşaq bitkisi əkiləcək
Builki təsərrüfat ili üçün nəzərdə tutulan planlar barədə danışan Nəbi Kərimov deyib ki, cari ilin məhsulu üçün 70 hektarı buğda, 20 hektarı arpa olmaqla, 90 hektara taxıl səpilib. Martın axırı - aprelin əvvəllərində 40 hektarda qarğıdalı əkiləcək. Cari ilin yazında Zaqatalada sınaq üçün 3 hektar qarabaşaq əkilməsi də nəzərdə tutulur. Əkin üçün lazım olan toxum Türkiyədən gətiriləcək. Nəticə uğurlu olarsa, gələcəkdə qarabaşağın əkin sahəsi daha da genişləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54

