Dövlət qulluqçuları ilə jurnalistlər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib
25.12.2018 [10:01]
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 24-də dövlət qulluqçuları ilə jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “ASK Arena”da oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 6:6 hesabı ilə başa çatıb.
Yoldaşlıq görüşü Milli Məclisin Gənclər və idman komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev jurnalistlərə müsahibəsində belə futbol görüşlərinin və yarışlarının hər il ənənəvi olaraq təşkil edildiyini vurğulayıb. Dövlət qulluqçuları ilə jurnalistlər arasında dostluq görüşünün məqsədinin gəncləri sağlam həyat tərzinə çağırış olduğunu deyən komitə sədri bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev idman və gənclər sahələrinə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı daim qeyd edir ki, Azərbaycan gənclərinin sağlam, bilikli, savadlı, peşəkar olması bizim əsas məqsədlərimizdəndir. Ölkəmizdə bu istiqamətdə mühüm işlər görülür, dövlət səviyyəsində tədbirlər keçirilir. Biz dövlətimizin başçısının siyasətini fəal şəkildə dəstəkləyirik. Bu gün də həmin dəstəyi nümayiş etdirərək gənclərimizi sağlam həyat tərzinə çağırırıq”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə müsahibəsində bildirib ki, matç olduqca yüksək əhval-ruhiyyədə keçdi. Milli Məclisin Gənclər və idman komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistlər Birliyinin, “Neftçi” veteranlar klubunun nümayəndələri, jurnalistlər bu dostluq görüşündə fəal iştirak etdilər. Azərbaycanda idman sürətlə inkişaf edib. Çox şadıq ki, jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da bu görüşdə fəal iştirak etdilər.
“Azərbaycanda son 15 ildə əldə edilən uğurlar bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. İnanırıq ki, işğal altındakı torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə tezliklə azad olunacaq və biz belə oyunları doğma Qarabağımızda, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə və digər şəhərlərimizdə təşkil edəcəyik. Bu oyuna verdikləri dəstəyə görə ictimaiyyətə, jurnalistlərimizə, veteranlarımıza təşəkkürümü bildirirəm. Bu idman tədbiri bir daha göstərir ki, Azərbaycan xalqı həmrəydir”, - deyə F.Muradov bildirib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qarşılaşmanın yüksək səviyyədə keçdiyini vurğulayaraq deyib: “Bu gün olduqca maraqlı oyun izlədik. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Bu tədbirin təşkilinə dəstək verənlərə, oyunda iştirak edənlərə dərin minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

