Azərbaycanda milli mədəniyyətə, ədəbi irsə daim yüksək səviyyədə qayğı göstərilir
03.11.2018 [10:45]
Prezident İlham Əliyevin tapşırığına əsasən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-lərdə yayılan materialların araşdırılması ilə bağlı işçi qrupunun yaradılması ölkəmizdə mədəni, ədəbi irsimizə, onun nümayəndələrinə yüksək dəyər verildiyinin göstəricisidir
Məlum olduğu kimi, son zamanlar kütləvi informasiya vasitələrində 1938-ci ildə repressiya qurbanı olmuş və güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı xəbərlər yayılıb. Hazırda tapılan qalıqların Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, lirik şeirləri ilə qəlblərdə yaşayan Mikayıl Müşfiqə aid olub-olmaması ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib. Əli Həsənov qeyd edib ki, cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir. Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı yaradılmış işçi qrupu artıq fəaliyyətə başlayıb və onun ilk iclası keçirilib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş “Statistika dairəsi” adlanan yerdə Mikayıl Müşfiqin abidəsinin demontajı ilə bağlı məsələ haqqında da göstəriş vermişdi. Ölkə başçısının göstərişi ilə məsələ araşdırılmış və günahkarlar cəzalandırılmış, abidə isə dərhal öz yerində bərpa olunmuşdu. Həmin göstərişin qısa zamanda icrasından sonra Prezident İlham Əliyev abidəni ziyarət edib, önünə gül dəstəsi qoymuşdu.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov dövlət başçısının bu addımını mədəniyyət sahəsinə böyük qayğı kimi dəyərləndirib. O bildirib ki, ölkəmizdə ədəbiyyat nümayəndələri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub: “Milli ədəbiyyat nümayəndələrinin nəşinin ölkəmizə gətirilməsi, öz Vətənlərində dəfn olunması da müqəddəs bir ənənədir. Belə ki, məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə 1982-ci ildə uzaq Sibirin əlçatmaz yerlərindən dahi şairimiz Hüseyn Cavidin nəşinin qalıqları doğma yurdu Naxçıvana gətirilib və dəfn olunub”.
Millət vəkilinin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin formalaşdırdığı mədəniyyət siyasətinin ən mühüm istiqamətlərindən birini indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir. Ölkəmizdə tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, ədəbiyyatımızın klassiklərinin təbliği, eləcə də tarixi abidələrimizin tanıdılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
N.Cəfərov qeyd edib ki, Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Əlbəttə ki, Mikayıl Müşfiq ilə bağlı verilən qərar xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çünki Mikayıl Müşfiq yaradıcılığı xalqımız tərəfindən sevilir. O, repressiya qurbanı kimi gənc yaşlarında dünyasını dəyişsə də, yaratdığı əsərlər bu günümüzdə də yaşayır, öyrənilir, şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəridir. Ona görə də dövlətimizin başçısının tapşırığına əsasən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-lərdə yayılan materialların araşdırılması ilə bağlı işçi qrupunun yaradılması çox önəmlidir”, - deyə millət vəkili vurğulayıb.
“Azərbaycanda mədəniyyət sahəsinə, ədəbiyyata dövlət qayğısı çox yüksəkdir. Prezident İlham Əliyev hər zaman bu sahələrə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin tapşırığına əsasən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-lərdə yayılan materialların araşdırılması ilə bağlı işçi qrupunun yaradılması da ölkəmizdə dövlət başçısı səviyyəsində mədəni, ədəbi irsimizə, onun nümayəndələrinə nə qədər yüksək dəyər verdiyinin göstəricisidir”. Bu fikirləri isə Milli Məclisin deputatı Sona Əliyeva deyib.
Bu siyasətin əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu deyən S.Əliyeva bildirib ki, hələ sovetlər birliyi dönəmində Ulu öndərimiz Azərbaycan mədəniyyətinin, ədəbiyyatının himayədarı kimi şair və yazıçılarımızı təzyiqlərdən qoruyub, onların yüksək dövlət mükafatları ilə təltif edilmələrinə nail olub. Böyük şairimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənimizə gətirilərək dəfn edilməsi də bütövlükdə ədəbi irsimizə göstərilən böyük ehtiramdır. Bu mənada, Prezident İlham Əliyevin Mikayıl Müşfiqlə bağlı verdiyi tapşırıq çox təqdirəlayiqdir. Millət vəkili onu da deyib ki, Mikayıl Müşfiqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
“Müəyyən bir müddət idi ki, sevimli şairimiz Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələ ətrafında gedən müzakirələrin şahidi olurduq. Möhtərəm Prezidentimizin göstərişi ilə yaradılmış müvafiq işçi qrupu bütün müəmmalara və suallara aydınlıq gətirəcək. Bu məsələyə göstərdiyi həssaslığa görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Gənc yaşlarında repressiya qurbanı olmuş Mikayıl Müşfiqə göstərilən ehtiram bütövlükdə Azərbaycan ədəbiyyatına göstərilən ehtiramdır”, - deyə millət vəkili qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

