İstanbulda “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub
06.10.2018 [10:40]
Oktyabrın 5-də Türkiyə Respublikasının İstanbul Universitetində tanınmış azərbaycanlı alim, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Universitetinin və BDU-nun hüquq fakültələri arasındakı mövcud əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunub.
Mərasimdə Azərbaycandan və Türkiyədən tanınmış alimlər, İstanbul Universitetinin professorları və müəllimləri, hüquq təhsili alan tələbələri, saxta erməni məsələsi üzrə tədqiqatçılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri açan İstanbul Universitetinin hüquq fakültəsinin hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gedikli saxta “erməni məsələsi” və ondan qaynaqlanan problemlərdən bəhs edərək təqdim olunan kitabın əhəmiyyətindən danışıb.
Sonra professor Əmir Əliyev müəllifi olduğu “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” əsəri barədə geniş məlumat verib. Uydurma “böyük Ermənistan” ideologiyasının ifşası ilə bağlı son illər Azərbaycanda görülən işlərdən danışan müəllif qeyd edib ki, Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyət uğurlu nəticələr verir. Birinci vitse-prezident, Fondun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqına qarşı tarixən törədilmiş cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələsinin həlli xüsusilə önəm kəsb edir.
Sonra saxta “erməni məsələsi” ilə bağlı elmi simpozium keçirilib.
Professorlar Natiq Əsgərov, Əfsər Sadıqov və Zəkəriyyə Kurşun mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər. Alimlər diqqətə çatdırıblar ki, saxta “erməni məsələsi”ndən yaranan problemləri dünya ictimaiyyətinə olduğu kimi təqdim etmək Azərbaycan və Türkiyə ziyalılarının ortaq vəzifəsidir. Mövzu ilə bağlı indiyədək çoxlu sayda tarixi və siyasi kitab işıq üzü görüb. Beş dildə nəşr olunmuş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” əsəri isə mövzunu hüquqi aspektdən təhlil edir. Bu kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında önəmli mənbədir.
Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə bağlı məlum sərəncamları, o cümlədən Xocalı soyqırımının tanınması ilə əlaqədar beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin sənədlərinin elmi tədqiqata cəlb olunması xüsusilə təqdirəlayiqdir.
Daha sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən film göstərilib, mövzu ilə bağlı müxtəlif fotolar sərgilənib.
İştirakçıların sualları cavablandırıldıqdan sonra kitab imzalanaraq oxuculara təqdim edilib.
Qeyd edək ki, giriş, 6 fəsil və nəticədən ibarət olan kitab Azərbaycan, türk, fransız, ingilis və rus dillərində nəşr olunub. Müəllif ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri tarixi cinayətləri mərhələli şəkildə təhlil edir. Əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin səbəbləri, XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş cinayətlər tarixi faktlar, rəsmi sənədlər və arxiv materialları əsasında təhlil olunub. O cümlədən bütün bu cinayətlərin beynəlxalq hüquqla mühakimə olunmasına əsas verən hüquqi sənədlər mənbələri göstərilməklə oxuculara çatdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

